“Mən televiziyaya gələndə bir çox etablarda inkişaf var idi. AzTV böyük məktəbdi, həmçinin ANS-in sürətli oxunuş məktəbinə keçdik. Daha sonra isə ATV üslubu gəldi. Bir qədər asta və səlis, daha doğrusu danışırmış kimi danışmaq üslubu meydana gəldi. Mən düşündüm ki, biz robot deyilik, həyatda necə danışırıqsa efirdən də elə danışmalıyıq”x9d.
“Qafqazinfo”x9dnun məlumatına görə, bunu “ATV Xəbər”x9din aparıcısı Samirə Mustafayeva deyib.
Teleaparıcı efirdə emosional olduğu üçün çox tənqid olunduğunu bildirib:
"Xəbəri maskasız, süni olmadan çatdırmaq lazımdı. Çox emosional insanam. Bununla bağlı çox tənqid olunmuşam. Efirə hazırlıq mərhələsində əl-qol hərəkətlərimin aradan qaldırılmasını istəyirdilər. Etibar Babayev dedi ki, icazə verin necədirsə elə xəbəri aparsın. Bir insan çox savadlı ola bilər. Demək istədiyini çatdıra, eşidə və qavraya bilmirsə o televiziyalıq deyil”x9d.






































































































