Fevralın 23-də təsis qurultaylarını keçirərək gənc siyasətçi Ağasif Şakiroğlunu özlərinə sədr seçən Gələcək Azərbaycan Partiyasında həftə sonunadək rəhbər heyət formalaşacaq.
Bunu Moderator.az-a açıqlamasında Ağasif Şakiroğlu bildirib. O keçmiş millət vəkilləri Zəminə Dünyamlıyeva və Solmaz Ələsgərovanın təsis qurultayında iştirak etmələrinə də aydınlıəq gətirib:
“Zəminə
xanım və Solmaz xanım qurultaya qonaq qismində qatılmışdılar. Onlar
GAP-ın üzvləri deyillər. Bu baxımdan da heç bir görəv almayıblar.Tanınmış siyasətçilərdən
təyinat etmək fikrində deyiləm. Əsasən cəmiyyətə yeni simalar təqdim etməyi
planlaşdırıram. Həftə sonuna qədər öz müavinlərimi və müşavirlərimi təyin edib
cəmiyyətə də kifayət qədər geniş məlumat verəcəyəm.”































































































