Deputatdan XƏBƏRDARLIQ – “Paşinyan bilir ki, kəndlərimizi qaytarmasa...”

Hazırda oxunan: Deputatdan XƏBƏRDARLIQ – “Paşinyan bilir ki, kəndlərimizi qaytarmasa...”

184411

Xəbər verdiyimiz kimi, Ermənistan baş naziri Paşinyan Tavuş bölgəsində yerli sakinlər və öz partiyasından olan deputatlarla görüşdə Azərbaycana məxsus 4 kəndin qaytarılması zərurətindən danışıb. 

Söhbət Qazaxın Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli kəndlərindən gedir.

Beləliklə, Paşinyan 4 kəndin sülh yolu ilə qaytaracağını bəyan edib. 

Görəsən, o dediklərində nə qədər səmimidir? Yoxsa bu İrəvanın növbəti hiyləsidir? 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirir ki, verilən həmin açıqlama Paşinyanın daxili ictimai rəyi məhz bu kontekstə hazırladığını deməyə əsas verir: 

“Paşinyan həqiqəti deyir. Azərbaycanın 4 kəndi mütləq ölkəmizə qaytarılmalıdır. Çünki bu kəndlər nəticə etibarı ilə Ermənistan tərəfindən işğal edilib. Ona görə də burada məsələnin əsas mahiyyəti Paşinyanın səmimi olub-olmaması deyil.

Məsələnin əsas mahiyyəti odur ki, Azərbaycan kəndləri işğal altındadır və onlar dərhal azad edilməlidir. 

Azərbaycan tərəfi bu kəndləri qaytarmaqda qətiyyətlidir. Sülh danışıqların davam etməsi də həmçinin bu kəndlərin dərhal azad edilməsindən keçir. Verilən həmin açıqlama onu deməyə əsas verir ki, Paşinyan daxili ictimai rəyi bu kontekstə hazırlayır. O, başa düşür ki, həmin kəndləri qaytarmasalar, bütün halda bu kəndlər qaytarılacaq”. 

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO