Zakir Həsənovdan Pakistana başsağlığı: “Hərbi qulluqçuların şəhid olması məni kədərləndirdi”

Hazırda oxunan: Zakir Həsənovdan Pakistana başsağlığı: “Hərbi qulluqçuların şəhid olması məni kədərləndirdi”

182986

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzəyə başsağlığı ünvanlayıb.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən bildirilib.

Başsağlığında deyilir: "Pakistanın şimal-qərb bölgəsində terrorçuların xaincəsinə hücumu nəticəsində Pakistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması barədə xəbər məni hədsiz kədərləndirdi.

Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və Allahdan səbir diləyirik.

Allah rəhmət eləsin".

Xatırladaq ki, martın 16-da Pakistanın Əfqanıstanla sərhədyanı bölgəsində təhlükəsizlik qüvvələrinin postuna hücum nəticəsində azı yeddi nəfər ölüb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO