Ceyhun Bayramov: “Ağdamdan 16 Milli Qəhrəmanımız var”

Hazırda oxunan: Ceyhun Bayramov: “Ağdamdan 16 Milli Qəhrəmanımız var”

146104

“Hər bir Azərbaycanlının ən böyük arzusu doğma Qarabağımızın azad edilməsi və bu torpağa qayıtması idi. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diplomatlarımızın da missiyası da bundan ibarət idi. Çünki 30 il ərzində onlar məhz bu məsələni beynəlxalq qurumların gündəliyində saxlayır və Azərbaycanın bu işğala olan barışmaz mövqeyini çatdırırdılar”.

Bizim.Media xəbər verir ki, bu sözləri Xarici İşlər naziri Ceyhun Bayramov Agdamda jurnalistlərə verdiyi açıqlamasında deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı qələbədən sonra XİN-in İllik Səfirlər Müşavirəsi bir il bundan öncə Şuşada, bu il isə Agdam şəhərində oldu.
“Bu təsadüfi deyil, çünki XVIII əsrdə Qarabağ xanlığının möhkəmləndirilməsində Şuşa ilə yanaşı Ağdamın da böyük rolu olub. Agdam Birinci Qarabağ müharibəsində özünü müdafiə batalyonları yaradaraq ətraf rayonların işğal olunmasına imkan vermədi. Bu bölgə 6 min insan şəhid verdi, buradan 16 Milli Qəhrəmanımız var. Buna görə də bizim proqram məhz Şəhidlər Xiyabanından başladı”, deyə nazir əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO