Azərbaycanda 4200 uşaq reabilitasiyaya cəlb ediləcək

Hazırda oxunan: Azərbaycanda 4200 uşaq reabilitasiyaya cəlb ediləcək

74809

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sifarişi əsasında "Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili" layihəsinə başlanacaq. 

Bu barədə Bizim.Media-ya nazirlikdən xəbər verilib. 

Bildirilib ki, layihə üzrə Bakının rayonları da daxil olmaqla 42 rayon və şəhərdə sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərəcək.

Bu mərkəzlərə autizm, daun sindromlu, eləcə də digər fiziki məhdudiyyətli uşaqlardan ibarət 4200 uşaq cəlb olunaraq reabilitasiya xidmətləri ilə təmin ediləcək. 
Mərkəzlərdə uşaqların bacarıqlarının inkişaf etdirilməsi üçün hər biri ilə fərdi plan əsasında iş aparılacaq. 

Layihə çərçivəsində hər bir region üzrə 100 nəfər sağlamlıq imkanları məhdud uşağa sosial-psixoloji, tibbi reabilitasiya, abilitasiya, habelə ailəsinə dəstək və maarifləndirmə yönümlü xidmətlərin göstərilməsi planlaşdırılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO