Azərbaycanda 4-cü doza peyvəndin vurulması tövsiyə edilmir - Teymur Musayev 

Hazırda oxunan: Azərbaycanda 4-cü doza peyvəndin vurulması tövsiyə edilmir - Teymur Musayev 

59512

"Bəzi ölkələrdə artıq koronavirus əleyhinə 4-cü dozanın vurulmasına qərar verilib". 

Bizim.Media xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev brifinqdə deyib. 

Nazir bildirib ki, lakin Azərbaycanda bu gün üçün belə qərar yoxdur: "İnsanlar buster dozanı öz istəyi ilə qəbul edirlər. Hazırda 5-ci və 6-cı dozaların vurulmasının əhəmiyyəti barədə elmi araşdırmalar yoxdur.
 

MÖVZU İLƏ BAĞLI:

Səhiyyə naziri tibb işçilərinin sertifikasiyasından DANIŞDI: “Buna ciddi ehtiyac var”


Bu baxımdan bir qədər səbirli olmaq lazımdır. Nazirliyin tərkibindəki Tibbi Elmi Şurada mütəxəssislər var. Onların iştirakı ilə mütəmadi iclaslar keçirilir, qabaqcıl ölkələrin təcrübəsi təhlil edilir və onlara əsasən ölkədə istənilən vaksinasiya rejimi tətbiq edilir”. 

T.Musayev vurğulayıb ki, hazırda Səhiyyə Nazirliyi tərəfindən COVID-19 əleyhinə 4-cü doza peyvəndin vurulması tövsiyə edilmir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO