Türkiyə Ermənistana təşəkkür etdi

Türkiyə Ermənistana təşəkkür etdi

Hazırda oxunan: Türkiyə Ermənistana təşəkkür etdi
89851
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi çərçivəsində Ermənistanla danışıqlar üzrə xüsusi nümayəndəsi Serdar Kılıç erməni həmkarı, Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyana “səmimi başsağlığı sözlərinə görə” təşəkkür edib.

Bizim.Media xəbər verir ki, türk diplomat bu barədə Twitter-də yazıb.

“Səmimi və çox dəyərli başsağlığı sözlərinizə görə təşəkkür edirəm, hörmətli cənab vitse-spiker. Bu addımınız xoş qarşılandı”, – deyə o vurğulayıb.

Xatırladaq ki, Ruben Rubinyan Twitter səhifəsində həftə sonu Türkiyədə baş verən avtomobil qəzalarında qeydə alınan ölüm faktlarına görə Serdar Kılıç və Türkiyə Xarici İşlər Nazirliyinə başsağlığı verib.
Ötən həftənin əvvəlində Türkiyə səfiri Ruben Rubinyana və Ermənistan Xarici İşlər Nazirliyinə İrəvandakı Surmalu ticarət mərkəzində azı 16 nəfərin ölümü, 2 nəfərin itkin düşməsinə səbəb olan partlayışla bağlı başsağlığı ünvanlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO