
- A-
- A
- A+
Putin rusları hərbi xəbərlərlə sevindirən şəxsə general-leytenant rütbəsi verdi
Rusiya prezidenti Vladimir Putin Ukraynada keçirilən “xüsusi əməliyyatı”n hərbi xülasəsini televiziya vasitəsilə ölkə vətəndaşlarına çatdıran və onlara mənəvi ruh verən Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkovu general-leytenant hərbi rütbəsi ilə təltif edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya Rusiya mətbuatında yer alıb.
“İqor Yevgenyeviç Konaşenkova general-leytenant hərbi rütbəsi verilsin”, - sənəddə deyilir. Kreml bu faktı təsdiqləyib və əlavə şərh verməkdən yayınıb.
Xatırladaq ki, 2-ci Qarabağ savaşında da Ermənistanın döyüşdəki “uğurlarını” yerli əhaliyə Müdafiə Nazirliyinin rəsmisi Arçrun Ovannisyan çatdırmışdı. Sonradan o, yeni rütbə almadan “yalançı” damğası ilə nazirlikdən qovulmuşdu.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































