Türkiyənin xarici işlər naziri Hakan Fidanla iranlı həmkarı Abbas Əraqçi arasında Bağdadda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində görüş keçirilib.
Bizim.Media xəbər verir ki, tərəflər ikitərəfli münasibətləri və regionda baş verən son hadisələri, xüsusilə Fələstindəki vəziyyəti müzakirə ediblər.
Nazirlər İslam ölkələri arasında əməkdaşlıq və koordinasiyanın gücləndirilməsinin vacibliyini vurğulayıb, İslam dünyasının problemlərinin, o cümlədən islamofobiyanın aradan qaldırılmasında İƏT-in potensialından istifadə edilməsinin əhəmiyyətini qeyd ediblər.
Görüşdə Fars körfəzi regionunda və Hörmüz boğazı ətrafında baş verən son hadisələr də müzakirə olunub.
Bizim.Media

- A-
- A
- A+
Region
18:54 / 17.10.2026
Hakan Fidan və Əraqçi İslam ölkələri arasında əməkdaşlığın gücləndirilməsindən DANIŞDILAR
Hazırda oxunan: Hakan Fidan və Əraqçi İslam ölkələri arasında əməkdaşlığın gücləndirilməsindən DANIŞDILAR
Hazırda oxunan: Hakan Fidan və Əraqçi İslam ölkələri arasında əməkdaşlığın gücləndirilməsindən DANIŞDILAR
642779
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































