Bakıda yeni söküntü başlayır - Kompensasiya nə qədər veriləcək? - VİDEO

Bakıda yeni söküntü başlayır - Kompensasiya nə qədər veriləcək? - VİDEO

Hazırda oxunan: Bakıda yeni söküntü başlayır - Kompensasiya nə qədər veriləcək? - VİDEO

642774

Nəsimi rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş 30-a yaxın yaşayış binasının sökülməsi nəzərdə tutulur.

Bizim.Media xəbər verir ki, bunu “Xəzər Xəbər”ə Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc açıqlayıb.

Onun sözlərinə görə, söküntü işləri əsasən Səməd Vurğun, Bülbül, Şamil Əzizbəyov, Mirzə İbrahimov, Cəlil Məmmədquluzadə və Sabit Rəhman küçələrini əhatə edəcək.

Sədr əlavə edib ki, kompensasiyanın məbləği ərazinin yerləşməsindən, daşınmaz əmlakın dəyərindən və layihənin şərtlərindən asılı olacaq.

Bununla belə, konkret rəqəmlər bəzi ünvanlar üzrə qiymətləndirmə işləri aparıldıqdan sonra müəyyənləşdiriləcək.

Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında: 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO