Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir

Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir

Hazırda oxunan: Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir

642759

İsveçrənin nüfuzlu “Die Weltwoche” həftəlik jurnalı Azərbaycanın dövlət məktəblərində vahid geyim qaydalarının tətbiqi ilə bağlı mövqeyini yüksək qiymətləndirib. Nəşr Bakının xarici təzyiqlərə baxmayaraq, dünyəvi təhsil prinsiplərini qorumaqda qətiyyət nümayiş etdirdiyini yazıb.

Bizim.Media Modern.az-a istinadən xəbər verir ki, məqalədə Azərbaycanın müsəlman əhalinin çoxluq təşkil etdiyi dünyəvi dövlət olmasına xüsusi diqqət çəkilib.

Bildirilir ki, Azərbaycan hökuməti dövlət məktəblərində vahid geyim standartlarının qorunması istiqamətində mühüm addım atıb. Yeni qaydalara əsasən, məktəbli formasının vahidliyini pozan və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan əlavə geyim elementlərindən istifadəyə yol verilmir.

“Azərbaycan Avropa dövlətlərinin cəsarət etmədiyi addımı atır və etirazların təzyiqi qarşısında geri çəkilmir”, – deyə nəşr yazır.

Müəllif qeyd edir ki, Azərbaycanın bu mövqeyi bəzi xarici dairələrin narazılığına səbəb olub. Sosial şəbəkələrdə etiraz kampaniyaları aparılıb, müxtəlif ölkələrdə Bakı hökumətinə qarşı çağırışlar səsləndirilib.

Bununla belə, məqalədə vurğulanır ki, Azərbaycan dövlət məktəblərində tətbiq etdiyi qaydaları kənar təzyiqlər əsasında müəyyənləşdirmək niyyətində deyil.

Nəşr Avropanın bir sıra ölkələrində məktəb geyimi və dini simvollarla bağlı mübahisələrə də toxunaraq, Azərbaycanın dünyəvi təhsil modelinin qorunması istiqamətində ardıcıl siyasət həyata keçirdiyini bildirir.

“Bakı özünə şərt diktə edilməsinə imkan vermir. Azərbaycan Konstitusiyası dövlətlə dinin ayrılığını təsbit edir. İnanc hər kəsin şəxsi məsələsidir”, – deyə yazıda vurğulanır.

Məqalənin sonunda Azərbaycanın vahid məktəbli geyimi və dünyəvi təhsil prinsipləri ilə bağlı mövqeyi Avropa ölkələri üçün nümunə kimi təqdim olunur.

“Bakı hökuməti nümunə göstərir: Məktəblərimizdən əlinizi çəkin!” – deyə “Die Weltwoche” yazısını yekunlaşdırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO