Zelenski Putini necə şantaj etmək istəyir? – DETALLAR açıqlandı

Hazırda oxunan: Zelenski Putini necə şantaj etmək istəyir? – DETALLAR açıqlandı

42030

Ukrayna Ali Radasının deputatı Renat Kuzmin Prezident Vladimir Zelenskinin “Müxalifət Platforması - Həyat uğrunda” Partiyasının siyasi şurasının rəhbəri Viktor Medvedçukun dəyişdirilməsi ehtimalı ilə bağlı sözlərinə reaksiya verib və Moskvanı şantaj etmək üçün Kiyevə siyasətçini girov götürməyi təklif edib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi yayıb.

Mənbə yazır ki, daha əvvəl bazar günü Zelenski bildirib ki, Moskva onun Rusiya vətəndaşlığını təsdiqləsə, Medvedçukun Ukrayna vətəndaşları ilə dəyişdirilməsini nəzərdən keçirəcək.

"Yəni Medvedçuk sadəcə girov götürdülər? Rusiya Prezidenti Vladimir Putini şantaj etmək üçün? Ucuz qazla mübadilə etmək üçün? Və ya ucuz kömürlə? Ya da "Svatı” serialını göstərmək üçün “Rusiya 1”ə",  deyə o, Telegram kanalında yazıb.

Xatırladaq ki, oktyabrın 8-də Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları Medvedçuka vətənə xəyanət və terrora kömək etmək iddiası ilə yeni bir ittiham irəli sürüblər.

Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri İvan Bakanov bildirib ki, 2014 -cü ildə Medvedçuk Ukraynanın yüksək rəhbərliyi ilə əlbir olaraq Kiyevin nəzarətində olmayan Donbas ərazisindən kömür tədarükünü təşkil edib. Məhkəmə Medvedçuka dekabrın 7-dək ev dustaqlığı qətimkan tədbiri seçilməsinə qərar verib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO