Ermənistan İranı SATDI: “2025-də bu ölkəni MƏHV ETMƏK istəyirlər” – ŞƏRH 

Hazırda oxunan: Ermənistan İranı SATDI: “2025-də bu ölkəni MƏHV ETMƏK istəyirlər” – ŞƏRH 

184423

Ermənistanın regiondankənar qüvvələri Cənubi Qafqaza – öz ərazisinə Ermənistana dəvət etməsi və sərhəddə AB missiyasını yerləşdirməsi İrana xoş gəlməyib.

İranın Rusiyadakı səfiri Kazım Cəlali mövzu ilə bağlı açıqlama verib. 

“Biz əminik ki, regiondankənar qüvvələr ölkələrimiz üçün faydalı ola bilməz. Həmişə qonşularımıza demişik ki, regiondankənar qüvvələrin bu regionda olması bizim maraqlarımıza uyğun deyil”, - deyə Kazımi vurğulayıb.

Onun sözlərinə görə, regional problemləri region ölkələri özləri həll etməlidir.

Bəs, görəsən, bu addım Ermənistan-İran münasibətlərini kəskinləşdirə bilərmi? 

Politoloq Cümşüd Nuriyev mövzu ilə bağlı Bizim.Media-ya danışıb. 

O bildirib ki, bu addım İran-Ermənistan münasibətlərinə xələl gətirə bilər:

“Çünki bu ölkə çox yaxşı başa düşür ki, Avropa dövlətlərinin İranın sərhədinə gəlməsi onun dağılmasına səbəb olacaq. Xüsusilə, ABŞ bu yolla İranı məhv etmək istəyir. ABŞ-ın 1997-ci ildə qəbul etdiyi qərara görə İran 5 yerə parçalanmalı idi. Proses 2025-ci ildə yekunlaşmalıdır. Yaxın 1 il ərzində bu bölgədə həddən artıq aktivlik olacaq. 

Azərbaycan regiondankənar qüvvələrə imkan vermir. İran başa düşməlidir ki, Azərbaycan istəsəydi, onlar çoxdan bölgəyə girmişdilər. Azərbaycan qonşu dövlətlərlə münasibətlərdə sadiqlik prinsiplərinə üstünlük verir. Vaxtilə “3+3” formatını pozan da İran idi. Dəfələrlə Azərbaycan izah etdi ki, Ermənistana bel bağlamaq olmaz. Bizdən çox ermənilərə hörmət edən ikinci millət olmayıb. Amma ilk xəncəri onlar belimizdən vurdular. 

Azərbaycan Ermənistanın İranı və Rusiyanı satacağını dəfələrlə bəyan etdi. Rusiya bunu başa düşür. Amma İran indi ayılır. Artıq gecdir. Çünki Avropanın əsas məqsədi bölgədə Rusiyanı və İranı zəiflətməkdir. Paşinyan əbəs yerə hakimiyyətə gətirilməyib. O, maketdir, ona görə də səhər dediyi ilə axşam danışdığı üst-üstə düşmür”. 

C.Nuriyevin fikrincə, İran başa düşməlidir ki, Ermənistan onun nə dostu, nə də qardaşıdır: 

“Ermənilər üçün ancaq şəxsi maraqlar var. İstənilən an istənilən dövləti sata bilərlər. Bölgəyə Avropa missiyasını gətirmək yeni müharibə ocağını yaratmaq deməkdir”. 

Məhərrəm Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO