Arif Həbibi vəfat etdi - FOTO

Arif Həbibi vəfat etdi - FOTO

Hazırda oxunan: Arif Həbibi vəfat etdi - FOTO
9951
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan tanınmış aktyoru, səs rejissoru, Əməkdar mədəniyyət işçisi Arif Həbibi vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə mərhumun qızı İlhamə Həbibi sosial şəbəkə hesabında yazıb.

O, bildirib ki, atası 78 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Arif Həbibi 1943-cü il iyunun 1-də Cənubi Azərbaycanın Astara şəhərində anadan olub.

1967-ci ildə  Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirib və həmin ildən “Azərbaycanfilm” kinostudiyasında işə başlayıb.

Dublyaj üzrə ali dərəcəli kinorejissor olub. Azərbaycan Kinematoqrafiya İttifaqının üzvüdür. Xarici ölkələrdə istehsal olunan bədii, sənədli və cizgi filmlərini ana dilimizə dublyaj edib.

Kinostudiyanın istehsal etdiyi əksər filmlərdə səs rejissoru olub.

İltifat, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO