Azərbaycan NASA HERC 2023-də təmsil olunacaq - FOTO 

Azərbaycan NASA HERC 2023-də təmsil olunacaq - FOTO 

Hazırda oxunan: Azərbaycan NASA HERC 2023-də təmsil olunacaq - FOTO 
98577
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı Ali Neft Məktəbinin (BANM) komandası növbəti dəfə Azərbaycanı "NASA Human Exploration Rover Challenge" (NASA HERC 2023) müsabiqəsində təmsil etmək hüququ qazanıb.

Bizim.Media xəbər verir ki, ümumilikdə 15 nəfərdən ibarət BANM-in ULVI komandası seçim turunu uğurla yekunlaşdırıb.

ULVI komandasında təmsil olunurlar:

Aygül Musayeva (komanda məsləhətçisi), Nihad Həbizadə (komanda lideri), Cavid İsayev, Anar Alızadə, Şəmistan Lətifov, Çingiz Məmmədov, Turan Səfərova, Fərid Qəhrəmanov, Leyla Osmanova, Əli İbrahimov, Ağa Qurbanov, Rüstəm Qarayev, Nigar Abdullayeva, Aysu İsmayılova, Elmir Hacızadə.

Müsabiqədə Azərbaycanla yanaşı, ABŞ, Kanada, Sinqapur, Braziliya, Meksika, Dominikan Respublikası, Peru, Kolumbiya, Puerto-Riko, Hindistan və Boliviya kimi ölkələrdən ümumilikdə 61 komanda iştirak edəcək. BANM-in komandası yarışda Azərbaycanı təmsil edən yeganə komandadır.
Qeyd edək ki, “NASA Human Exploration Rover Challenge” hər il orta məktəb şagirdləri və universitet tələbələri üçün simulyasiya edilmiş Ay və Mars ərazisi üzərində insan gücü ilə işləyən, qatlana bilən nəqliyyat vasitələrinin dizaynı, qurulması və yarışının cəmləndiyi bir müsabiqədir.

Ötən il də BANM tələbələri NASA HERC tarixində ilk dəfə Azərbaycanı finalda təmsil edərək sertifikatla təltif olunmuşdular.

Bizim.Media

Azərbaycan NASA HERC 2023-də təmsil olunacaq - FOTO  - foto 1
Azərbaycan NASA HERC 2023-də təmsil olunacaq - FOTO  - foto 2

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO