Şabranda narkotik alveri ilə məşğul olan 2 qardaş saxlanıldı - FOTO

Şabranda narkotik alveri ilə məşğul olan 2 qardaş saxlanıldı - FOTO

Hazırda oxunan: Şabranda narkotik alveri ilə məşğul olan 2 qardaş saxlanıldı - FOTO
82171
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, polis əməkdaşları keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması və daşımasında şübhəli olan rayon sakini Tərlan Əzimovu saxlayıblar.

Onun üzərindən psixotrop maddə olan metamfetamin və marixuana aşkar olunaraq götürülüb. 

Araşdırmalar zamanı məlum olub ki, T.Əzimov narkotik vasitələri qardaşı Qəşəm Əzimovdan götürüb.

Q.Əzimovun üzərinə və yaşadığı evə baxış keçirilən zaman bükümlərdə ümumi çəkisi 30 qramdan çox olan heroin, külli miqdarda psixotrop maddə olan metamfetamin, marixuana və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.
Faktla bağlı Şabran RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Tərlan Əzimov barəsində polisin nəzarəti altına vermək qismində qətimkan tədbiri seçilib, Q.Əzimovun barəsində isə həbs qətimkan tədbiri seçilib. 

Bizim.Media

Şabranda narkotik alveri ilə məşğul olan 2 qardaş saxlanıldı - FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO