Ürək əməliyyatından sonra xəstələr nə etməlidir?

Hazırda oxunan: Ürək əməliyyatından sonra xəstələr nə etməlidir?

75561

Ürək əməliyyatları kimi böyük cərrahi müdaxilələr orqanizmdə bəzi metabolik və fizioloji dəyişikliklərə səbəb olur. Bu xoşagəlməz dəyişiklərdən qorunmaq lazımdır. Əməliyyatdan sonra diqqət edilməsi lazım olan ən önəmli məqam - sonrakı müalicəni düzgün və həkiminizin istiqamətləndirdiyi kimi aparmaqdır.

Bizim.Media xəbər verir ki, ürək cərrahı Cabir Gülmalıyev ürək əməliyyatı keçirmiş pasiyentlərə bir sıra tövsiyələr verib.

- Ürək əməliyyatı keçirmiş xəstələr əməliyyatın 4-cü günü ilk dəfə duş qəbul edə bilərlər. 5-ci gün müalicələr tərtib olunur, son tövsiyələr verilir, müayinə edilir evə yola salınırlar.

- Əməliyyatdan sonrakı erkən dövrdə xəstənin bütün bədən funksiyaları yaxından izlənilir. Ehtiyac olarsa, qidalanma dəstəyi təyin olunur (duzsuz, vitaminli, bol maye).

- Əməliyyat sonrası həkim nəzarəti olmadan dərmanların kəsilməsi qəbuledilməzdir (xüsusilə qapaq əməliyyatı keçirmiş xəstələrdə).

- Əməliyyatdan sonra ürəyi çox gücə salmaq olmaz. Lakin fiziki aktivlik hər zaman tövsiyə olunur. (Medicina.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO