Türkiyənin üç bölgəsində meşə yanğınları başlayıb - FOTO

Türkiyənin üç bölgəsində meşə yanğınları başlayıb - FOTO

Hazırda oxunan: Türkiyənin üç bölgəsində meşə yanğınları başlayıb - FOTO
626893
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin Afyonkarahisar, Antalya və Muğla vilayətlərində meşə yanğınları başlayıb.

Bizim.Media “HaberGlobal”a istinadla xəbər verir ki, əraziyə Antalya Meşəçilik Regional Müdirliyinin və yanğınsöndürmə briqadalarının qrupları göndərilib.

Antalya şəhərinin Kepez rayonunun Çamlıca məhəlləsində baş verən yanğının söndürülməsinə havadan və qurudan müdaxilə edilir.

Yanğının söndürülməsinə 5 helikopter, 4 yanğınsöndürən təyyarə, 12 xüsusi texnika, 4 su təchizatı maşını və 4 ilkin müdaxilə avtomobili cəlb olunub.
 

Alovların yaşayış məntəqələrinə yayılmasının qarşısını almaq üçün tədbirlər görülür. Təhlükə səbəbindən bölgədəki bəzi evlər təxliyə edilib.


Hazırda Muğlanın Fethiye və Afyonkarahisarda baş verən meşə yanğınlarının söndürülməsi istiqamətində də işlər davam etdirilir.

Türkiyənin üç bölgəsində meşə yanğınları başlayıb - FOTO - foto 1
Türkiyənin üç bölgəsində meşə yanğınları başlayıb - FOTO - foto 2
Türkiyənin üç bölgəsində meşə yanğınları başlayıb - FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO