Putinin iqamətgahı yaxınlığında xüsusi PUA torları quraşdırıldı - FOTO

Putinin iqamətgahı yaxınlığında xüsusi PUA torları quraşdırıldı - FOTO

Hazırda oxunan: Putinin iqamətgahı yaxınlığında xüsusi PUA torları quraşdırıldı - FOTO
618225
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiyanın Novqorod vilayətinin Valday rayonundan keçən M-10 magistral yolunda dronlardan (PUA) qorunmaq üçün xüsusi torlar quraşdırılıb.

Bizim.Media xəbər verir ki, "Agentstvo" nəşri yazır ki, bu konstruksiyalar Rusiya Prezidenti Vladimir Putinin iqamətgahından cəmi 10 kilometrdən də az məsafədə, yük avtomobillərinin (fur) parklanma yerlərinin üzərində qurulub.

"Yandex.Xəritə"nin panoramalarında və "Google Maps"in 2025-ci ilə aid peyk görüntülərində bu qurğular mövcud deyil, yəni onlar əraziyə yeni yerləşdirilib.

 

Bu növ müdafiə torlarından adətən Ukraynadakı döyüş əməliyyatları zonasında geniş istifadə olunur. Onlar nəqliyyat vasitələrini kiçikölçülü dronlardan və onlardan atılan sursatlardan qorumaq funksiyasını daşıyır.


"Conflict Intelligence Team" tədqiqat qrupunun rəhbəri Ruslan Leviyevin versiyasına görə, sözügedən torlar "Hörümçək toru" (Pautina) əməliyyatından sonra quraşdırıla bilər. Məqsəd iqamətgahın yaxınlığında dayanan yük maşınlarının (furların) içindən pilotsuz uçuş aparatlarının gizli şəkildə havaya buraxılmasının qarşısını almaqdır.

Putinin iqamətgahı yaxınlığında xüsusi PUA torları quraşdırıldı - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO