Stratfor: Paşinyan seçkilərdə qalib gəlsə də, konstitusiya çoxluğu əldə edə bilmədi

Stratfor: Paşinyan seçkilərdə qalib gəlsə də, konstitusiya çoxluğu əldə edə bilmədi

Hazırda oxunan: Stratfor: Paşinyan seçkilərdə qalib gəlsə də, konstitusiya çoxluğu əldə edə bilmədi
618171
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ-ın tanınmış "Stratfor" araşdırma və analitika mərkəzi Ermənistanda keçirilən parlament seçkilərinin nəticələrini təhlil edib. Analitiklərin rəyinə görə, seçkinin nəticələri Baş nazir Nikol Paşinyana yenidən hökumət formalaşdırmağa və özünün əsas xarici siyasət xəttini davam etdirməyə imkan verəcək.

Bizim.Media xəbər verir ki, bu xəttə Azərbaycanla sülhün əldə olunması, Türkiyə ilə münasibətlərin normallaşdırılması və Qərblə əlaqələrin dərinləşdirilməsi daxildir.

Bununla belə, "Stratfor" hesabatında Ermənistanın daxili və xarici siyasətinə təsir edəcək bir neçə kritik məqamı vurğulayıb.

Paşinyanın rəhbərlik etdiyi hakim "Vətəndaş Müqaviləsi" partiyasının qazandığı deputat mandatlarının sayı müxalifətin dəstəyi olmadan ölkə konstitusiyasına dəyişikliklər etmək üçün yetərli deyil (konstitusiya çoxluğu əldə olunmayıb).

Bu vəziyyət, Azərbaycanın sülh müqaviləsi üçün əsas şərtlərdən biri kimi irəli sürdüyü "Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılması" tələbinin icrasını hüquqi baxımdan xeyli çətinləşdirəcək.

Seçkilərin nəticəsində ruspərəst müxalifətin parlamentdəki mövqeləri güclənib. Bu amil ölkədə daxili siyasi rəqabəti və gərginliyi artıracaq.

Güclü müxalifət fonunda Paşinyan hökuməti Rusiyanın siyasi və iqtisadi təzyiqlərinə qarşı daha həssas və müdafiəsiz vəziyyətə gələ bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO