Həsən Əblucun xanımı xəstəxanaya yerləşdirildi

Həsən Əblucun xanımı xəstəxanaya yerləşdirildi

Hazırda oxunan: Həsən Əblucun xanımı xəstəxanaya yerləşdirildi
612953
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mərhum aktyor, SSR Əməkdar artist Həsən Əblucun həyat yoldaşı xəstəxanaya yerləşdirilib.

Bizim.Media xəbər verir ki, bu haqda onun rejissor qızı Elnaz Əbluc məlumat yayıb.

“Heç olmasa indi Həsən Əblucun ailəsinə kömək edilsin. Anam qalib halsız evdə ortalıqda” deyə Elnaz bildirib.

Qızı daha sonra anasının xəstəxanaya yerləşdirildiyini qeyd edib.

Elnaz Əbluc axşam.az-a açıqlamasında deyib ki, anası hazırda klinikadadır:

“İllərdir anama necə qulluq edirəm. Mən onu hər dəfə reabilitasiya mərkəzinə aparıram. Karyeramdan belə anama görə vaz keçmişəm. Anamın qanında zəhərlənmə olub, heç bir xəstəxana qəbul etmirdi, yemirdi, içmirdi, koma halında idi. Ona görə yardım istədim, dedim qəbul edəcək klinika olsun. Ac, susuz bu mənada dedim ki, səhhətinə görə yeyə bilmir. Anama elə baxıram ki, heç bir övlad anasına bunu etməz”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO