“Qarabağ” - “Ayntraxt” oyununun biletləri SABAH satışa çıxarılacaq

“Qarabağ” - “Ayntraxt” oyununun biletləri SABAH satışa çıxarılacaq

Hazırda oxunan: “Qarabağ” - “Ayntraxt” oyununun biletləri SABAH satışa çıxarılacaq
590969
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

UEFA Çempionlar Liqasının liqa mərhələsində “Qarabağ” və Almaniyanın " Ayntraxt" komandaları arasında keçiriləcək matçın biletləri sabah satışa çıxarılacaq.

Ağdam klubundan Bizim.Media-ya verilən məlumata görə, bilet satışı saat 12:00-dan etibarən başlayacaq.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq, 10, 15, 25, 35, 40, 50 və 75 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 200, 250, 300, 400 və 1000 manatdır.

Biletləri yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən almaq olar. Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, “Qarabağ”ın Park Bulvardakı Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarına müraciət edə bilərlər.

Qeyd edək ki, yanvarın 21-də keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO