2025-ci ildə təyinat alan diplomatlar - ARAŞDIRMA

2025-ci ildə təyinat alan diplomatlar - ARAŞDIRMA

Hazırda oxunan: 2025-ci ildə təyinat alan diplomatlar - ARAŞDIRMA
586260
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2025-ci il Azərbaycanın siyasi və diplomatik sferasında bir sıra yeniliklərlə yadda qaldı. Bu yeniliklər siyahısında kadr dəyişiklikləri və təyinatları xüsusilə diqqət çəkir.

Bizim.Media xəbər verir ki, bu il Azərbaycanın bəzi xarici ölkələrdəki səfirliklərinə yeni təyinatlar olub.

Həmin siyahını təqdim edirik:

Şahin Abdullayev

2025-ci ildə təyinat alan diplomatlar - ARAŞDIRMA - foto 1

Şahin Şakir oğlu Abdullayev İlham Əliyevin 27 oktyabr 2025-ci il tarixli sərəncamıyla Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Buna qədər Şahin Abdullayev Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında, eyni zamanda Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrində çalışıb.

Eldar Səlimov

2025-ci ildə təyinat alan diplomatlar - ARAŞDIRMA - foto 2

Dövlət başçısının 27 oktyabr 2025-ci il tarixli sərəncamı ilə Eldar Nadir oğlu Səlimov Azərbaycan Respublikasının İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Seymur Fətəliyev

2025-ci ildə təyinat alan diplomatlar - ARAŞDIRMA - foto 3

Ölkə başçısının 27 oktyabr 2025-ci il tarixli sərəncamı ilə Seymur Həbib oğlu Fətəliyev Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. O, 2018–2021-ci illərdə Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəisi vəzifəsində çalışıb.

Seymur Fətəliyev 2021-ci il avqust ayında xüsusi tapşırıqlar üzrə səfir — UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi vəzifəsinə təyin olunub

Fərid Talıbov

2025-ci ildə təyinat alan diplomatlar - ARAŞDIRMA - foto 4

Azərbaycan Prezidentinin 27 oktyabr 2025-ci il tarixli sərəncamı ilə Fərid Yunis oğlu Talıbov Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Bu təyinata qədər F.Talıbov Azərbaycan Xarici İşlər Nazirliyində Asiya idarəsinin rəis müavini olub.         

Taleh Zöhrabov

2025-ci ildə təyinat alan diplomatlar - ARAŞDIRMA - foto 5

Ölkə başçısının 27 oktyabr 2025-ci il tarixli sərəncamı ilə Taleh Balaşirin oğlu Zöhrabov İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib.

Mütəllim Mirzəyev

2025-ci ildə təyinat alan diplomatlar - ARAŞDIRMA - foto 6

Prezidentin 27 oktyabr 2025-ci il tarixli sərancamə ilə Mütəllim Sabir oğlu Mirzəyev Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO