Moskvada Putinlə ABŞ nümayəndə heyəti arasında görüş KEÇİRİLİR - VİDEO

Moskvada Putinlə ABŞ nümayəndə heyəti arasında görüş KEÇİRİLİR - VİDEO

Hazırda oxunan: Moskvada Putinlə ABŞ nümayəndə heyəti arasında görüş KEÇİRİLİR - VİDEO
583538
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Moskvada Rusiya prezidenti Vladimir Putinlə ABŞ nümayəndələri arasında Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə tənzimlənməsinə həsr olunmuş görüş başlayıb.

Bizim.Media xəbər verir ki, danışıqlarda ABŞ-ı xüsusi nümayəndə Stiven Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner təmsil edir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl bildirmişdi ki, görüşün vaxt məhdudiyyəti olmayacaq və “nə qədər lazım olsa”, davam edəcək.

Görüş zamanı Uitkoff və Kuşner Kiyevin mövqeyi nəzərə alınmaqla yenilənmiş sülh planının parametrlərini Putinə təqdim edəcəklər. ABŞ və Ukrayna nümayəndələri planın detallarını noyabrın 30-da, bazar günü Floridada müzakirə etmişdilər.

Axios-un məlumatına görə, Moskvadakı danışıqlardan sonra Uitkoff və Kuşner “Avropa ölkələrindən birinə” uçaraq Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcəklər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO