İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

Hazırda oxunan: İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ
575918
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Xəzər dənizinin dayazlaşması bu gün regionun ən kəskin ekoloji problemlərindən biridir.

Bütün Xəzəryanı ölkələr üçün əməkdaşlığı gücləndirmək, elmi məlumatları aktiv şəkildə mübadilə etmək və bu prosesin nəticələrini yumşaltmaq üçün razılaşdırılmış tədbirlər hazırlamaq son dərəcə vacibdir".

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev "Kazinform" agentliyinə müsahibəsində bildirib.

"Bu gün Xəzər dənizi, təəssüf ki, bir sıra ciddi ekoloji çağırışlarla üzləşir. Ən kəskin problemlərdən biri dayazlaşmadır - həm ekoloji, həm də iqtisadi təhlükə daşıyan suyun səviyyəsinin sürətlə azalması.
 

2022-ci ildə keçirilmiş Altıncı Xəzər Sammitində mən Xəzər dənizində ekoloji tarazlığın pozulması məsələsini qaldırdım. Təəssüf ki, o vaxtdan bəri vəziyyət daha da pisləşib.


Xəzərdə suyun səviyyəsi sürətlə azalır və bunun səbəbləri təkcə iqlim dəyişikliyində deyil.

Yaranmış vəziyyətdə bütün Xəzəryanı ölkələr üçün sıx əməkdaşlıq qurmaq, elmi məlumatları aktiv şəkildə mübadilə etmək və nəticələri yumşaltmaq üçün razılaşdırılmış tədbirlər hazırlamaq son dərəcə vacibdir", - deyə Dövlət başçısı vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO