Əli Nağıyev MDB dövlətlərinin təhlükəsizlik qurumlarının iclasında iştirak edib - FOTO

Əli Nağıyev MDB dövlətlərinin təhlükəsizlik qurumlarının iclasında iştirak edib - FOTO

Hazırda oxunan: Əli Nağıyev MDB dövlətlərinin təhlükəsizlik qurumlarının iclasında iştirak edib - FOTO
575803
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Oktyabrın 16-da Özbəkistan Respublikasının Səmərqənd şəhərində MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 57-ci iclası keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti məlumat yayıb.

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev tədbirdə iştirak edib.

İclasın əsas mövzusu MDB regionunda beynəlxalq terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə, kibercinayətkarlığa, informasiya təhlükəsizliyini təhdid edən hallara, ekstremizmə və radikalizmə, eləcə də sadalananların doğurduğu digər mənfi təzahürlərə qarşı səyləri birləşdirməklə birgə mübarizənin aparılmasına həsr olunub.

Həmçinin, tədbirdə MDB dövlətlərinin təhlükəsizliyinin etibarlı təmin edilməsi istiqamətində qarşıda duran plan və vəzifələr barədə ətraflı müzakirələr aparılıb.

Əli Nağıyev MDB dövlətlərinin təhlükəsizlik qurumlarının iclasında iştirak edib - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO