Zaxarova: “İrəvan və Ankaranın xüsusi nümayəndələr təyin etməsi ağlabatan addımdır”

Zaxarova: “İrəvan və Ankaranın xüsusi nümayəndələr təyin etməsi ağlabatan addımdır”

Hazırda oxunan: Zaxarova: “İrəvan və Ankaranın xüsusi nümayəndələr təyin etməsi ağlabatan addımdır”
53235
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İrəvanla Ankara arasında münasibətlərin normallaşması regionda ümumi vəziyyətin yaxşılaşmasına, etimad və mehriban qonşuluq mühitinin formalaşmasına töhfə verəcək.

Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə səsləndirib.

“Rusiya dəfələrlə vasitəçilik səylərini göstərməyə, bu nizamlanmada rol oynamağa hazır olduğunu bəyan edib. Bu, vasitəçiliyin həyata keçirilməsində öz təsdiqini tapıb”, deyə o, qeyd edib.

Onun sözlərinə görə, İrəvan və Ankaranın xüsusi nümayəndələr təyin etməsi məntiqli və ağlabatan addımdır:

“İrəvan və Ankara münasibətləri normallaşdırmaq üçün ilk görüş yeri kimi Moskvanın adını çəkiblər”.
Xatırladaq ki, ABŞ-dakı keçmiş səfir Serdar Kılıç Türkiyənin, Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan Ermənistanın  xüsusi nümayəndəsi olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO