ÜST nümayəndəsi: “COVID-19 heç vaxt yox olmayacaq”

Hazırda oxunan: ÜST nümayəndəsi: “COVID-19 heç vaxt yox olmayacaq”

3922

Koronavirus pandemiyasının yaxın aylarda bitəcəyinə ümid etməyə dəyməz.

Bizim.Media xəbər verir ki, bu fikri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiya nümayəndəliyinin rəhbəri Melita Vuynoviç söyləyib.

O bildirib ki, koronavirusun yayılmasının qarşısını almaq üçün hələ uzun yol keçilməlidir:

“Yalnız bir müddətdən sonra tətbiq olunacaq peyvənddən istifadə nəticəsində immunitet səviyyəsi yetəri səviyyəyə qalxdığı halda pandemiyanın bitdiyini elan etmək olar. COVID-19 heç vaxt yox olmayacaq və digər viruslar kimi həmişəlik bizimlə qalacaq.

Biz onunla yaşamağı öyrənməli və virusun həyatımızı idarə etməsinə yol verməməliyik”, – deyə o bildirib.

ÜST-ün nümayəndəsi Yeni il bayramlarını evdə keçirməyi tövsiyə edib. M.Vuynoviçin fikrincə, əyləncəli tədbirlərdə isə yalnız sosial məsafəni gözləməklə iştirak etmək olar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO