Kürdəmirdə

Kürdəmirdə "patı" satan şəxslər SAXLANILDI - FOTO

Hazırda oxunan: Kürdəmirdə "patı" satan şəxslər SAXLANILDI - FOTO
28709
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat həyata keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib. 

Məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağsu rayon sakini Əli Bəndəliyev saxlanılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Biləsuvarda "patı" satan qadın tutuldu - FOTO


Onun üzərinə keçirilən şəxsi axtarış zamanı narkotik maddə olan metamfetamin aşkarlanaraq götürülüb.

Dindirilmə zamanı Ə.Bəndəliyev narkotik vasitəni Kürdəmir rayonu Xırdapay kənd sakini Roman Cəbrayılovdan aldığını etiraf edib.

Polis əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri ilə rayon ərazisində psixotrop maddə olan “patı”, “şüşə” adlanan metamfetamin, həmçinin narkotik vasitə olan heroinin və qurudulmuş marixuananın satışı ilə məşğul olan Roman Cəbrayılov da saxlanılıb.

Onun yaşadığı evə keçirilən baxış zamanı oradan təmiz çəkisi 961 qram olan qurudulmuş marixuana, eləcə də satış üçün hazırlanmış 5 büküm heroin, 2 büküm metamfetamin, 2 büküm qurudulmuş marixuana və bir ədəd elektron tərəzi, evin həyətyanı sahəsindən isə xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 21 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Dindirilmə zamanı R.Cəbrayılov narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Faktlarla bağlı Kürdəmir RPŞ-də cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO