Polislər yanan avtomobili belə söndürdülər – ANBAAN VİDEO

Polislər yanan avtomobili belə söndürdülər – ANBAAN VİDEO

Hazırda oxunan: Polislər yanan avtomobili belə söndürdülər – ANBAAN VİDEO

265361

Avtomobildə başlayan yanğın YPX əməkdaşlarının çevikliyi sayəsində söndürülüb.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Belə ki, Paytaxt sakini Gülağa Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə Bakı-Şamaxı-Yevlax avtomobil yolunda hərəkətdə olarkən nəqliyyat vasitəsinin mühərrikində yanğın müşahidə edilib: 

“Avtomobili getdikcə alovlanan sürücünün köməyinə yol polisi çatıb. İlk növbədə digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin edən YPX Alayının əməkdaşlarının çevikliyi sayəsində şiddətlənən alov söndürülüb, avtomobilin tamamilə yanaraq sıradan çıxmasının qarşısı alınıb.
 

Baş Dövlət Yol Polisi İdarəsi xüsusilə yay aylarında analoji hadisələrin sayının artmasını nəzərə alaraq, bir daha sürücülərdən avtomobillərinin texniki sazlığını daim diqqət mərkəzində saxlamağı, uzaq səfərlərdən öncə onları texniki müayinədən keçirməyi xahiş edir.


Çıxılmaz vəziyyətə düşməməyi, zərərə uğramamağı və ən önəmlisi sağlamlığımızın güvəndə olmasını arzu ediriksə yaşanan acı təcrübələri unutmamalıyıq!” – məlumatda qeyd olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO