"Yekaterinburqda polis Əhliman Gənciyevi dəyənəklə döyüb, işgəncə verib" - Vəkilindən AÇIQLAMA

"Yekaterinburqda polis Əhliman Gənciyevi dəyənəklə döyüb, işgəncə verib" - Vəkilindən AÇIQLAMA

Hazırda oxunan: "Yekaterinburqda polis Əhliman Gənciyevi dəyənəklə döyüb, işgəncə verib" - Vəkilindən AÇIQLAMA
257222
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yekaterinburqda iyunun 27-də saxlanılan Əhliman Gənciyevi dəyənəklə döyüb, "elektroşok"la işgəncə veriblər.

Bizim.Media xəbər verir ki, bunu Gənciyevin vəkili İlkin Əmirov bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyada azərbaycanlıların qətlinin PƏRDƏARXASI - VİDEO


Vəkil müvəkkilinin döyülüb, işgəncə veriləndən sonra xəstəxanaya belə yerləşdirildiyini söyləyib:

"Biz hesab edirik ki, müvəkkilim törədilmiş cinayətlə heç bir əlaqəsi yoxdur. O, günahsızdır. O, hətta işgəncələrdən sonra belə etiraf etməyib və etməyəcək".

Hüquqşünas qeyd edib ki, cinayət işinin araşdırılması üzrə ümumilikdə 15 nəfərə yaxın adam saxlanılıb, iki şübhəli öldürülüb:

"Biz sübut edəcəyik ki, həmin şəxslər xroniki xəstəliklərdən deyil, məhz işgəncə nəticəsində həyatlarını itiriblər". (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO