İdman çantasında heroin aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinə (ŞRPŞ) şəhər sakini, əvvəllər məhkum olunmuş M.Məmmədovun narkotik vasitə satması barədə məlumat daxil olub.
MÖVZU İLƏ BAĞLI:
Onlayn narkotik satan şəxs tutuldu - VİDEO
Bununla əlaqədar ŞRPŞ əməkdaşlarının keçdikləri əməliyyat-axtarış tədbirləri uğurla nəticələnib.
Belə ki, M.Məmmədovun üzərinə keçirilən şəxsi baxış zamanı gəzdirdiyi idman çantasının içərisindən 1 kiloqramdan artıq heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bizim.Media