Üç uşağı olanlara mühüm xəbər

Üç uşağı olanlara mühüm xəbər

Hazırda oxunan: Üç uşağı olanlara mühüm xəbər
233627
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bir neçə dəfə Azərbaycanda çoxuşaqlı anlayışının 5 uşaqdan 3 uşağa endirilməsi ilə bağlı təkliflər səsləndirilib. Belə ki, çoxuşaqlı ailə modeli 5-dən 3-ə endirilsə, 100 mindən çox ailədə yaşayan uşaqlar sosial müavinət ala biləcəklər.

Bəs görəsən, hazırda bu istiqamətdə hansısa yeniliyin olması gözlənilir?

Bizim.Media xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev "Unikal"a açıqlamasında bildirib ki, bu məsələ gündəmdədir və müzakirə mövzusudur.

Onun sözlərinə görə, demoqrafik inkişafla bağlı dövlət proqramı hazırlanacaq:

"Azərbaycanda əhalinin artımı, dinamikası, yaş tərkibi və s. ilə bağlı proqram qəbul olunmalıdır. Vaxtilə belə bir prorqma olub. 15 ildən bundan qabaq qəbul olunmuş proqram var idi. İndi yəqin ki, yeni proqram qəbul olunacaq. Orada bu məsələ öz əksini tapa bilər. Beş uşaq həqiqətən də çoxdur", - deyə komitə sədri vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO