Ölkəmizdən hava nəqliyyatı ilə səfər edənlərin sayı ARTDI - STATİSTİKA

Ölkəmizdən hava nəqliyyatı ilə səfər edənlərin sayı ARTDI - STATİSTİKA

Hazırda oxunan: Ölkəmizdən hava nəqliyyatı ilə səfər edənlərin sayı ARTDI - STATİSTİKA
210400
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan hava nəqliyyatı ilə 37 ölkəyə 2 milyon 233 min 261 nəfər səfər edib.

Bizim.Media Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5 ölkə (15,6 %) və 32,1 % çoxdur.

8 ayda Azərbaycandan ən çox sərnişin 602 min 569 nəfər olmaqla Rusiyaya səfər edib. Bu da 1 il əvvələ nisbətən 27 % çoxdur.

Siyahıda Rusiyanı Türkiyə (590 min 735 nəfər sərnişin, + 17,4 %) və Birləşmiş Ərəb Əmirlikləri (268 min 779 sərnişin, +37,7 %) izləyib.

Daha sonra, Gürcüstan 132 839 sərnişin (+ 39,1 %), Səudiyyə Ərəbistan 84 609 sərnişin (+ 16,4 %), Hindistan 69 372 (+ 6,3 dəfə), Qazaxıstan 61 953 sərnişin (+28,1 %), Qətər 41 768 sərnişin (+ 2 dəfə), İtaliya 41 325 sərnişin (+2 dəfə) və Küveyt 34 229 sərnişin (+ 30,5 %) qərarlaşıb.

İlk onluğa Hindistanla, Qətər və İtaliya daxil olaraq Özbəkistanı (28 018 sərnişin, -32,7 %), İsraili (25 902 sərnişin, - 16,3 %) və Almaniyanı (20 156 sərnişin, - 14,1 %) siyahıdan çıxarıb.

Təkcə avqustda isə Azərbaycandan 396 min 955 sərnişin daşınıb. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 23,8 % çoxdur. O cümlədən, ay ərzində Türkiyəyə səfər edənlərin sayı illik müqayisədə 5 % artaraq 106 min 685 nəfər olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO