ƏHALİYƏ TƏCİLİ XƏBƏRDARLIQ - Bu xəstələr mütləq peyvənd edilməlidir - VİDEO

ƏHALİYƏ TƏCİLİ XƏBƏRDARLIQ - Bu xəstələr mütləq peyvənd edilməlidir - VİDEO

Hazırda oxunan: ƏHALİYƏ TƏCİLİ XƏBƏRDARLIQ - Bu xəstələr mütləq peyvənd edilməlidir - VİDEO

18559

“Birmənalı şəkildə söyləyirəm ki, insanlar vaksin olunmalıdırlar. Xüsusilə də ürək-damar xəstəliyi olan şəxslər. Biz öz pasiyetlərimizə də bunu tövsiyə edirik. Onlar qorxurlar ki, vaksin olunsaq xəstəliyimiz artar, çətinləşər. Bu doğru deyil”.

Bizim.Media xəbər verir ki, bu sözləri ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında həkim Samir Əsgərov deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Nazirlikdən XƏBƏRDARLIQ - "Küçəyə çıxmayın!" 


Həkim bildirib ki, infeksiyaya yoluxan zaman bədəndə xeyli fəsadlar yaranır:

“Hətta xəstə olmayan insanın belə ürəyində problem yaradır. Vaksini vuranda isə  orqanizm COVİD-19-a qarşı müdafiəyə keçir. Ona görə də bunu zərəri  yox, xeyri var”.

Həkim onu da qeyd edib ki, peyvəndin qoruma müddəti və ya gələcəkdəki fəsadları barədə hələlik məlumat yoxdur:

“Xəstəliklərə qarşı olan peyvəndlər var ki, onların bəzisi müəyyən vaxtda bir neçə dəfə vurulur, bəzi isə bir dəfə ömürlük olaraq vurulur. Yəni peyvənddən sonra bədəndə yaranan antitellər ömürlük qoruyur. Koronavirus peyvəndi isə yenidir”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO