Ərdoğan: “Türk Silahlı Qüvvələri dünyanın ən güclü və güvənilən ordularından biridir”

Hazırda oxunan: Ərdoğan: “Türk Silahlı Qüvvələri dünyanın ən güclü və güvənilən ordularından biridir”

145133

“Türk Silahlı Qüvvələri dünyanın ən güclü və güvənilən ordularından biridir. Dünyadakı dövlətlərin bir çoxunun hərbi keçmişi bir neçə əsrlik olduğu halda, türk millətinin nizami ordu tarixi 2 min 232 ildir”. 

Bizim.Media Anadolu agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Müdafiə Universitetinin məzunlarının buraxılış mərasimində deyib. 

O əlavə edib ki, ordu-millət anlayışının sahibi olan türk milləti Mete Han, Sultan Alparslan, Fatih Sultan Mehmet, Qazi Mustafa Kamal kimi dahi sərkərdələr yetişdirib:  

“Türk ordusu həm də dost və qardaş xalqlar üçün bir ümid məşəlidir. Türkiyə Silahlı Qüvvələri öz yurdunu qorumaqla yanaşı, müxtəlif sülhməramlı əməliyyatlarda da iştirak edir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO