
- A-
- A
- A+
İdman
20:46 / 08.06.2023
1 dəq oxunma
Fərid Qayıbov Avropa Olimpiya Komitələrinin prezidentini qəbul etdi
Hazırda oxunan: Fərid Qayıbov Avropa Olimpiya Komitələrinin prezidentini qəbul etdi
140483
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Gənclər və idman naziri Fərid Qayıbov Avropa Olimpiya Komitələrinin (EOC) prezidenti Spiros Kapralosu və təşkilatın İcraiyyə Komitəsinin üzvü Hasan Aratı qəbul edib.
Bizim.Media xəbər verir ki, qonaqları salamlayan nazir onları növbəti dəfə Azərbaycanda görməkdən məmnun olduğunu bildirib.
Görüş zamanı ölkədə olimpiya hərəkatının inkişafı ilə bağlı fikir mübadiləsi edilib. İlk Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə təşkil olunduğu qeyd edilib və bu ay Polşada baş tutacaq lll Avropa Oyunları ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə nazir müavini Mariana Vasileva, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və baş katib Azər Əliyev iştirak ediblər.
Rəşad Rafiqoğlu, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən


























































































