Rəsmi Bakıdan İsraildə səfirliyimizin açılması ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Rəsmi Bakıdan İsraildə səfirliyimizin açılması ilə bağlı AÇIQLAMA

127757

“Azərbaycan-İsrail münasibətləri və qarşılıqlı faydalı əməkdaşlıq bu tarixi səfərdən sonra daha da genişlənəcək”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviterdə yazıb.

“Azərbaycan-İsrail tərəfdaşlığı daha güclü olsun”, - o bildirib.

Qeyd edək ki, bu gün İsraildə Azərbaycanın səfirliyi açılacaq. Bu məqsədlə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Milli Məclisin bir qrup deputatı İsraildə səfərdədir.

Xatırladaq ki, 2022-ci ilin sonunda Milli Məclis Azərbaycanın İsraildə səfirliyinin təsis edilməsi haqqında qanun layihəsini qəbul edib.

Noyabrın 26-da Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İsrail Dövlətində Səfirliyinin təsis edilməsi haqqında” qanunu təsdiqləyib.

Prezident İlham Əliyevin yanvarın 11-də imzaladığı sərəncamı ilə Muxtar Məmmədov Azərbaycanın İsraildəki fövqəladə və səlahiyyətli səfir təyin edilib. M.Məmmədov bu il martın 26-da etimadnaməsini İsrail Prezidenti İsxak Hersoqa təqdim edib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO