Afaq doğum gününü qeyd edən Sevdanı evində TƏBRİK ETDİ - VİDEO 

Afaq doğum gününü qeyd edən Sevdanı evində TƏBRİK ETDİ - VİDEO 

Hazırda oxunan: Afaq doğum gününü qeyd edən Sevdanı evində TƏBRİK ETDİ - VİDEO 

112113

Aparıcı Afaq Gəncəli gecə saatlarında 36 yaşına qədəm qoyan rəfiqəsi müğənni Sevda Yahyayevanın evinə yollanıb.  

Bizim.Media xəbər verir ki, ötən həftə qız övladını dünyaya gətirən sənətçini Afaq gül çələngi, şarlar və böyük ölçülü tortla təbrik edib.   

Həmin anları isə A.Gəncəli sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.  

Sevdaya xoş sürprizi haqda Afaq aparıcısı olduğu “Səhər mərkəzi” verilişinin bu günki buraxılışında söz açıb:

“Sevdaya gecə sürpriz etdik. Balacanın özünü yox, amma şəklini gördüm. Bizim adətimiz var axı, 40 gün olana qədər uşağı görmək düzgün deyil. Maşallah çox şirindir”.  

Qeyd edək ki, dekabrın 19-da Sevda dünyaya Ayla adında qızını dünyaya gətirib. S.Yahyayeva ilə Zakir Bayramov ötən il ailə qurub. Zakir özəl klinikaların birində genetik-laborant olaraq çalışır.   

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO