Ağdamda lüks mənzillər satışa çıxarıldı - QİYMƏTLƏR 

Ağdamda lüks mənzillər satışa çıxarıldı - QİYMƏTLƏR 

Hazırda oxunan: Ağdamda lüks mənzillər satışa çıxarıldı - QİYMƏTLƏR 

191390

“Park Hill” MTK işğaldan azad olunmuş Ağdam şəhərində inşa edilən “Park Qarabağ” yaşayış kompleksində lüks mənzillərin satışına başlayıb. Bununla bağlı MTK sosial şəbəkələrdə elanlar yerləşdirib.  

Bizim.Media “yenisabah.az”a istinadən xəbər verir ki, sözügedən MTK tərəfindən hazırda 3 otaqlı mənzillərin satışı həyata keçirilir.

135 kvadratmetr sahəyə malik olan mənzillərə sahib olmaq istəyən müştərilər ilkin olaraq evin ümumi dəyərinin 30 faizini ödəməlidir.

MTK ilə müştəri arasında əldə olunmuş razılığa uyğun olaraq, yerdə qalan məbləği 36-48 ay ərzində faizsiz ödəmək mümkündür.  

MTK-da "Yeni Sabah"a bildirilib ki, mənzillərin 1 kvadratmetri tam təmirli şəkildə 1300 manatdan başlayan qiymətlərlə təklif olunur. Yaşayış kompleksi 2025-ci ilin mayına qədər hazır olacaq. MTK mənzillərin keyfiyyətinə təminat verir.  
Qeyd edək ki, işğaldan azad edilmiş rayonlarda qeydiyyatda olan məcburi köçkünlər ailə üzvlərinin sayına uyğun olaraq, dövlət tərəfindən evlə təmin edilirlər. Özəl şirkətlər tərəfindən satışa çıxarılan mənzillərə sahib olmaq istəyənlərdən həmin rayona qeydiyyat tələb olunmur.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO