Azərbaycan Ordusunda Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə silsilə tədbirlər keçirilib - FOTO

Azərbaycan Ordusunda Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə silsilə tədbirlər keçirilib - FOTO

Hazırda oxunan: Azərbaycan Ordusunda Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə silsilə tədbirlər keçirilib - FOTO

191462

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, mayın 10-da Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, plana uyğun olaraq, ictimai-siyasi hazırlıq dərsləri, dəyirmi masalar, konfranslar təşkil edilib, tarixi şəxsiyyət Heydər Əliyevə həsr olunan sənədli filmlər və videoçarxlar göstərilib, viktorinalar, mədəni-kütləvi, vətənpərvərlik və idman tədbirləri keçirilib, Ulu Öndərin abidəsi ziyarət olunub.

Şəxsi heyət, ictimaiyyət və Azərbaycan Respublikasının xarici ölkələrdə akkreditə olunmuş hərbi attaşelik aparatlarının nümayəndələrinin iştirak etdiyi tədbirlərdə Ümummilli Liderin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb, hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirlərdə Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolu və çoxşaxəli fəaliyyəti, Azərbaycanın iqtisadi, siyasi, hərbi, sosial, mədəni və digər sahələri üzrə gördüyü işlərdən danışılıb, dünya miqyaslı dövlət xadiminin atdığı addımlar minnətdarlıq hissi ilə xatırlanıb. Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi illərdə onun zəngin dövlətçilik təcrübəsi və müdrikliyi sayəsində Azərbaycanın sabit inkişaf yoluna qədəm qoyduğu, ordu quruculuğu prosesinin qanuni əsaslarla həyata keçirildiyi diqqətə çatdırılıb.

Bildirilib ki, bu gün digər sahələrdə olduğu kimi, ordu quruculuğu sahəsində də Ulu Öndərin siyasi xətti Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Silsilə tədbirlər çərçivəsində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivləri tərəfindən ədəbi-bədii kompozisiyalar təqdim edilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO