Şair Ramaldanov... Uğurlu "Horadiz Əməliyyatı " zamanı Horadiz qəsəbəsini ermənilərdən alan 702-ci briqadanın komandiri. (Rəsmi məlumatlara görə, Horadiz əməliyyatı 1993-ci ilin dekabrından başlayaraq 6 yanvar tarixinə kimi davam edib). "Azərbaycan Bayrağı" ordenini 2 dəfə alan yeganə hərbçi, ordumuzdakı Moskvada "Frunze" adına akademiyanı bitirmiş 6 zabitdən biri, Əli ağa Şıxlinskidən sonra yazdığı kitabları dünya hərbi akademiyalarında tədris olunan yeganə hərbçi. 4 aprel 1995-ci ildə “Azərbaycan Bayrağı”x9d ordeni ilə təltif edilib. Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının təlim-tədris hissəsinin sabiq rəisi və akademiyanın sabiq rəis müavini olub, ASQ-nin ehtiyatda olan polkovnikidir.xa0
Şair Ramaldanov Moderator.az-ın Horadiz əməliyyatı ilə bağlı suallarını cavablandırıb.xa0
- Cənab polkovnik, o dövrdə Azərbaycan ordusu üç istiqamətdə hücum əməliyyatına başlamışdı. Ancaq məhz sizin döyüşdüyünüz istiqamətdə uğur qazanıldı. Bu barədə nə deyirdiniz?
- Heydər Əliyev cəbhədəki vəziyyətlə bağlı noyabrın 2-də xalqa müraciət etdi. O müraciətin nəticəsində səfərbər olan heyət tamamlama işlərinə başladı. Tam səfərbər olan hərbi hissələrdən biri də bizim hərbi hissəmiz oldu. Seyfəli poliqonunda hazırlıq keçəndən sonra biz yenidən formalaşaraq Füzuli istiqamətinə döyüş tapşırığı üçün yollandıq. O vaxt “Qış kampaniyası”x9d deyilən bir kampaniya olmuşdu. Üş istiqamətdə hücum əməliyyatı aparılmışdı. Bir istiqamət Kəlbəcər-Murov, ikinci istiqamət Tərtər-Ağdərə, üçüncü istiqamət Beyləqan-Füzuli istiqaməti idi. “Qış kampaniyası”x9dnda belə bir hücum əməliyyatı planlaşdırılıb, həyata keçirilmişdi. xa0Kələbəcər istiqamətində gedən döyüşlər ona görə uğursuz alındı ki, Surət Hüseynova tabe olan şəxsi heyət gözlənilmədən öz yerlərini tərk etdilər və orda olan hərbi hissəni pis vəziyyətə qoydular. Ancaq bizim hərbi birləşmələr Yanşaq kəndinə kimi irəliləyə bildi. Surət Hüseynova tabe olan şəxsi heyət fərarilik etdiyi üçün ordakı hərbi hissə mühasirəyə düşdü. Ağdərə istiqamətində gedən döyüşlərin nəticəsi olaraq Ağdərə azad olundu, ancaq sonra erməni silahlı qüvvələri bütün güclərini sərf edərək bu rayonu yenidən işğal etməyə nail oldular.xa0
Füzuli istiqamətində gedən döyüş Horadiz döyüşü sayılan əməliyyatdır. Bu döyüş əməliyyatı nəticəsində 22 yaşayış məntəqəsi işğaldan azad edildi. O yaşayış məntəqələri indi bizim əlimizdədir. Hazırda orda əhali yaşayır və şəhər tipli Horadiz qəsəbəsi yenidən qurulub.xa0
- Horadiz əməliyyatını Azərbaycan hərb tarixində ən uğurlu əməliyyatlarından biri saymaq olarmı?xa0
- Bu hücum əməliyyatı nəinki bizim hərb tarixində, hətta dünya hərb tarixində də unikal əməliyyatlardan biri olub. Biz əməliyyatı necə planlaşdırmışdıqsa, bütün detalları ilə elə o cür də həyata keçirdik. Horadiz əməliyyatı əslində yanvarın 5-də başlayıb. İki gün ərzində 22 yaşayış məntəqəsi, o cümlədən Horadiz qəsəbəsi işğaldan azad olunub. Biz bu əməliyyatda 17 şəhid vermişik, 43 nəfər yaralanıb. Bizim üçün hər bir itki ağırdır, amma itkisiz heç nə olmur. Bu baxımdan cəmi 17 nəfər itki verməklə bu boyda ərazini işğaldan azad etmək böyük uğurdu. Bu əməliyyatı həyata keçirən şəxsi heyətin mənəvi-psixoloji vəziyyətini xüsusi qeyd etmək lazımdır.xa0
- Bildiyimizə görə, Horadiz işğaldan ediləndən sonra da o istiqamətdə ağır döyüşlər olub...xa0xa0xa0
- Ermənilər Kəlbəcər, Ağdərə istiqamətində müəyyən uğur əldə edəndən sonra bütün güclərini Füzuli istiqamətinə yönəltmişdilər. Onlar var gücü ilə Horadizi yenidən işğal etmək istəyirdilər. Onların niyyəti Beyləqanı da işğal edib, İmişliyə qədər gəlib çıxmaq idi. Amma biz əsgərlərin, döyüşçülərin qəhrəmanlığı nəticəsində işğaldan azad olunmuş torpaqlarımızı qoruyub-saxlaya bildik. Bundan sonra bir neçə dəfə atəşkəs elan olunmuşdu. Amma həmişə erməni tərəfi atəşkəsdən istifadə edərək işğalı davam etdirmək istəyiblər.xa0
- Sonuncu dəfə atəşkəs məcburiyyəti nədən yarandı?xa0
- Düşmən Füzuli istiqamətinə nə qədər qüvvə gətirib tökmüşdü, amma buna baxmayaraq ciddi itkilər də verirdilər. Yuxarı Seyidəhmədli, Yuxarı Əbdülrəhmanlıda yerləşmişdilər. Mən o vaxtı müdafiə naziri Məmmədrəfi Məmmədova məruzə elədim ki, bizi hücumdan dəstəkləsinlər, düşmənin toplaşma rayonlarına hücumdan zərbə endirsinlər. Müdafiə naziri mənə dedi ki, bizim o qədər resursumuz yoxdur. Onda mənə ona dedim ki, belədirsə, mən Ali Baş Komandana müraciət etməli olacağam. Ali Baş Komandana müraciət etdim və Heydər Əliyev məni qısaca dinləyəndən sonra dedi ki, sizə zəng olunacaq. Beş-on dəqiqə keçməmiş müdafiə naziri mənə zəng elədi ki, sənin yanına nümayəndə göndərirəm. Son nəticədə biz hava hücumunu təşkil edə bildik. Ermənistan tərəfinin rəsmi şəkildə etiraf etdiyinə görə, cəmi bir gün ərzində 500 nəfər itki vermişdilər. Heydər Əliyev burada çox böyük peşəkarlıq göstərərək məruzəni eşidəndən sonra dərhal tədbir görmüşdü. Hava hücumundan zərbə olmasaydı bizim itkilərimiz həddindən artıq çox ola bilərdi. Amma indi ermənilərin itkisi həddindən artıq çox idi və ermənilər ciddi təlaş keçirirdi. Füzuli istiqamətində döyüşən əsgərlərin valideynləri cəbhə bölgəsinə gəlib çıxmışdılar. Hətta zabitlərlə valideynlərin qarşıdurması olmuşdu. Valideynlər övladlarını tələb edir, deyirdilər ki, siz bizə yalan danışırsız. Ermənilər məcbur qaldılar ki, o istiqamətdə döyüşlərin intensivliyini artırsınlar. May ayında isə atəşkəsə getsinlər. Yanvar ayının ortalarından aprelin ortalarına qədər erməni silahlı qüvvələri torpaqlarımızı işğal etmək üçün əlindən gələn hər şeyi etdilər. Ancaq bizim döyüşçülərimizin qəhrəmanlığı nəticəsində ermənilər böyük itkilər verdilər. Biz də itki verirdik, ancaq onların itkiləri qat-qat çox idi. Bu da Ermənistan hökumətini əhalinin təzyiqi altında atəşkəsə getməyə məcbur elədi. Əldə olunan bu atəşkəs də uzunmüddətli oldu. Ona görə uzunmüddətli oldu ki, artıq heç nə edə bilmədiklərini gördülər. Horadiz əməliyyatı ən uğurlu, ən şanlı əməliyyatımız kimi yaddaşlarda qalacaq. Əməliyyatı aparan komandir kimi mən də böyük qürur hissi duyuram.xa0
- Atəşkəsdən söz düşmüşkən... Necə düşünürsünüz, uzun müddət atəşkəs razılaşdırılması Azərbaycanın ziyanına işləmədi ki?
- Bayaq dedim, o vaxt üç istiqamətli hücum əməliyyatından ikisi demək olar ki, alınmadı. Digər tərəfdən o vaxt silahlı qüvvələrdə siyasətə bağlı olan heyət vardı. Məhz bunun bağlı bayaq dediyim kimi Kəlbəcər istiqamətində ağır vəziyyət yarandı. Heydər Əliyev hakimiyyətə gələndə orduda vəziyyət ürəkaçan deyildi. Silahlı qüvvələr texniki təminat, silah-sursat cəhətdən problemləri vardı. İnsanlar silahlı qüvvələrdən incik idi, xidmətdə olanlar da, digələri də istədiklərini almamışdılar və görməmişdilər. Silahlı qüvvələrdən, bu insanlardan istifadə edən qüvvələr milyardlar qazanırdı. Bütün bunları nəzərə alanda demək olmazdı ki, biz Ermənistan silahı qüvvələrindən üstün idik. Horadizdə olan üstünlüyə gəlincə, bir məqama diqqət yetirmək lazımdır ki, hər bir ordunun, silahlı birləşmənin müəyyən resursları var. Biz torpaqlarımızı işğaldan azad etmişdik. Bundan sonra ora başqa hərbi hissələr də yerləşdirilmişdi. Ermənistan da bütün qüvvələrini o istiqamətdə yerləşdirmişdi. Torpaqları işğaldan azad etsək də bizim hərbi hissələr irəli gedə bilmirdi. Buna görə də demək olmazdı ki, bizim xüsusi üstünlüyümüz var. Bundan başqa ölkənin içində problem vardı və buna görə Heydər Əliyev gələndən sonra möhkəmlənmə getməli idi. Ölkə daxilində müyyən qüvvələrin, hətta xaricdə müəyyən qüvvələrin aktivliyi problemlər yaradırdı. Buna görə də uzunmüddətli atəşkəsin elan edilməsi Heydər Əliyev tərəfindən çox böyük siyasi gediş idi. Çox düzgün addım idi ki, atəşkəs elan olundu. Atəşkəs dövründə silahlı qüvvələrin formalaşması, cəmiyyətin formalaşması prosesi getdi. xa0Müharibəni cəmiyyət, xalq aparır. İçəridə, xalqda olan ab-hava müharibədə olan ab-havanı doğurur. Daxili problemlərdən, xarici təzyiqlərdən xilas olmasaq, başımıza nə gələrdi, bunun özü də xeyli mübahisəli məsələdir. Mən ona görə hesab edirəm ki, uzunmüddətli atəşkəsin əldə edilməsi çox doğru qərar olub. Qafqaz dövlətləri içərisində ən müasir silahlar bizdədir, milli kadr potensialımız var, mənəvi-psixoloji durumu çox yüksək olan bir orduya çevrilmişik. Sadəcə Ali Baş Komandan İlham Əliyev itkilərin olmasını istəmir. İstəyir ki, sülh yolundan istifadə edilsin. Ancaq Ali Baş Komandan da elan edib ki, problemin sülh yolu ilə həlli potensialı tükənməkdədir. Azərbaycan xalqı öz sözünü deyəcək və öz torpaqlarını işğaldan azad edəcək.xa0
- Uğur baxımından aprel döyüşlərini, Lələtəpənin azad edilməsini Horadiz əməliyyatı ilə müqayisə edənlər var. Bu barədə nə düşünürsünüz?xa0
- Əvvəla onu demək lazımdır ki, aprel döyüşlərinin məqsədi başqa idi. Əgər Horadiz əməliyyatına məqsəd Azərbaycan torpaqlarının işğaldan azad olunması idisə, aprel döyüşlərinin məqsədi dinc yaşayış məntəqələrinin daima atəşə tutulmasının qarşısını almaq olub. Məqsəd erməni postlarını yaşayış məntəqələrindən bir az aralamaq idi. Ən böyük təhlükə də Lələtəpədə olan postlardan idi. Bir də Talış kəndi ətrafındakı yüksəkliklər ciddi təhlükə yaradırdı. İnsanlar qorxu altında idi. İnsanlar müraciət edirdi ki, təhlükəsizlik təmin edilsin. Monitorinqi aparan qüvvələrə bu fikri çatdırmağımıza baxmayaraq Ermənistan tərəfi heç nəyə məhəl qoymurdu. Onların növbəti bu cür təxribatının nəticəsi olaraq rəhbərlik qərar qəbul etdi ki, o yaşayış məntəqələrinin təhlükəsizliyi möhkəmləndirilsin. Təhlükəsizliyin təminatı üçün orda olan yüksəkliklər ələ keçirilməli, erməni postları ləğv olunmalı idi. Azərbaycan hərbi hissələri bu tapşırığı yerinə yetirdilər və biz orda möhkəmləndik.xa0
Ermənistan bizim 20 faiz ərazini işğal edərək xarabalığa döndərib. Orda yaşayan azdır, yaşayanlar da qorxu altındadır. Orda olan əhalini səngərlərə dartırlar. Mülki əhali səngərlərdə növbətçilik aparır. Son təxribatlar göstərir ki, ermənilər bizim torpaqlardan öz xoşlarına gedən deyillər. Mənə elə gəlir ki, biz 1994-cü ildə olduğu kimi onları silah gücünə qovacağıq. Azərbaycan bayrağı bütün yaşayış məntəqələrimizdə dalğalanmalıdır və dalğalanacaq. Əminəm ki, vaxt gəlib çatıb, gec-tez bir öz torpaqlarımızı azad edəcəyik.xa0
Rəşad





































































































