“Sözü bərk deyəndə ağzına da vururlar ki, demə...”x9d -Musa Yaqub

“Sözü bərk deyəndə ağzına da vururlar ki, demə...”x9d -Musa Yaqub

Hazırda oxunan: “Sözü bərk deyəndə ağzına da vururlar ki, demə...”x9d -Musa Yaqub

163097
Bu dəfəki müsahibimiz Azərbaycanın sevimli şairi Musa Yaqubdur. 80 yaşlı ustad söz adamı fəxri adlar almasa da onun təbiətə, insanlara olan sevgisini vəsf etdiyi şeirləri, misraları qocasından tutmuş, gənc və yeniyetmələrə qədər hər kəsi valeh edir, sevilir. Bir sözlə, Musa Yaqub xalqın şairidir. Onunla evində görüşüb, söhbətləşdik.

- Musa müəllim, necəsiz? Bundan əvvəl sizinlə bir neçə dəfə əlaqə saxlayanda müalicədə olduğunuzu demişdiz.xa0

- Hər halda yaxşıyam, babatam. Babatın ala-babatı da var. Amma ala-babat yox, yaxşı babatam.xa0

- Şeirlər yazırsızmı?

- Şeir heç, şeir həmişə mənimlədir, xüsusilə də payızda. Bu payız mənim üçün çox uğurlu olub. Heç olmasa 16-17 təzə şeirlər yazmışam. Onların əksəriyyəti çap olunub. Birini də “Azərbaycan”x9d jurnalına vermişəm. Pis deyil, şeirlərim gedir. Nə bilim, indi bəyənənlər var, deyirlər ki, əvvəlki ruhda yazırsız. Təki elə olsun.xa0

- Payızdan söz düşmüşkən, bir şeiriniz var “Payızdan yaza yol varmı?”x9d. Bu sualın cavabını tapa bildinizmi?

- Bu mənim həm şeirimdir, həm də kitabımın adıdır. Doğrudan da deyir ki, payızdan yaza təbiət üçün yol var, amma insan üçün yox. O yolu nə qədər fikirləşsən, mümkün deyil, necə ki, “qara daş göyərməz”x9d, o da elə bir taledir, insan taleyidir. Payızdan yaza, qocalıqdan cavanlığa... sözdür indi, bəziləri deyir ki, filan dərman al, özünü cavanlaşdır. Amma qocalıq gəldisə, cavanlığı qaytarmaq çətindir. Təki gəlsin. İndi yaşamağın özü də hünərdir, vallah.

Çünki informasiya çoxdur, zərbələr çoxdur, dünyanın kini-küdurəti, vuruşları çoxalıb. Az-çox Suriyada atılan güllənin səsi mənə çatır, hamımıza çatır. O mənada ki, Şərqin bu günə düşməsi, titrəməsi... bu haqq-hesablar insanlar arasında gedən proseslərdir. Dövlətlər indi bir-biri ilə silah dili ilə danışır. Bu indi bizə də təsir edir, yaşa da, başa da, könülə, ürəyə də, yazdığın şeirə də.xa0

- Adətən tarixdən görmüşük ki, ölkədəki ədalətsizliklə bağlı şairlər öz sözünü deyiblər. Bəs indi niyə bunu görə bilmirik?

- (Zarafatla). Sən istəyirsən ki, siyasi söhbətlər edək, amma edək. Mənim siyasətim də, sözüm də şeirdir. İndi o qədər yaxşı pisə, pis də yaxşıya qarışıb, o qədər şeirlər qaynayıb-qarışıb ki, ayırd etmək olmur ki, hansı yaxşıdır, hansı pis. Mənim son şeirlərimdə bəzi sözlər siyasətdəndir, ürəyimin sözləridir. Mən özümdən danışıram, başqa şairlər nə yazır bilmirəm. Onlar indi dövrün səsini özündə cəmləşdirə bilər, amma mümkün deyil ki, şair cəmiyyətin içərisində yaşasın, amma söz deməsin. Mən də cəmiyyətin bir üzvüyəm. Etirazımı, sözümü şeirimlə deyirəm. İndi gərək oxuyasan, biləsən ki, bu nədir. Deyirlər ki, söz azaddır. Azaddır, o vaxt ki, eşidəsən, ona əməl edəsən. Söz əgər divara dəyib düşürsə, onda nə azadlıq olur?

- Bu məsələdən söz düşmüşkən, indi çoxları qınayır ki, niyə şair və yazıçılarımız ölkədə baş verən bahalaşmadan, sosial probelmlərdən deyil, elə məhəbbətdən, sevgidən yazırlar?

- Sosial məsələlərlə bağlı 15-20 il bundan əvvəl “Çörəkpulu”x9d adlı şeir yazmışam. İndi bir dəfə yazmışam da, zaman, vaxt onun içərisinə gedir. Yazılıb bir dəfə, yoxsa təkrara dönür. Sosial məsələlər dəyişir, amma şairin ürəyi, qələmi dəyişmir axı... “Ən böyük dərd odur ki, sünbül-sünbül tarladan bir dən sənin olmasın. Adın vətəndaş olsun, Vətən sənin olmasın... ”x9d Mən nə deyim... “Yaxama nə qarmaq atırsan bala, Özümə ilişən neçə qıra var. Lap belə gül kimi siyasət ola, Onda da bir hiylə, bir iftira var”x9d. Yəni hamısında biz öz sözümüzü deyirik. Kim özünə götürür götürsün. Şair tapança, güllə ilə danışmır ki, qələmlə danışır.xa0

- Sanki siyasi söhbətlərdən bir qədər yan qaçırsız. Amma bir vaxtlar siyasətə qatılmışdız, hətta deputat seçilmişdiniz. Sonra nə oldu?

- Qaçmaq yox, qaçmaram heç. Biri var dövlətin, xalqın, elin xeyrinə olan siyasət, bir də var özünün siyasəti. Hər danışan deyir ki, mən siyasətlə məşğulam. O, özünün siyasətidir. İndi mən nə deyim, siyasətlə gərək siyasətçilər məşğul olsun. Mən də öz sözümü demişəm vaxtilə. Bizim nəhəng “Amal”x9d Ziyalı xa0Hərəkatımız var idi. Biz orda sözümüzü deyirdik, elə məsələlər var idi ki, cəmiyyətdə onu düzəltmək lazım idi, onlarla bağlı məsləhətlər edilirdi, ola bilsin yuxarıların xoşlarına gəlmirdi, amma deyilirdi. Biz ziyalı kimi danışmalıyıq. Partiyanın adamları olmaq başqadır, onlar proqram hazırlayır ki, belə edək, hakimiyyətə gələk. Amma biz hakimiyyətə gəlmək üçün vuruşmuruq ki.xa0

Biz fikir, ideya üçün vuruşuruq. Ziyalınkı, şairinki odur ki, xa0öz sözünü deyir, qəbul edirsən et, etmirsənsə, neyniyək. Bərk deyəndə sözü, ağzına da vururlar ki, demə. Məsələn mənim bir misram var idi, cavan şairə yazmışdım. “Dövrandır, üzlərdən saldı üzünü, Şairi vurdular, sözü əydilər. Yenidən Yesenin asdı özünü Təzədən Müşfiqi güllələdilər”x9d. Müşfiq bir dəfə güllələnməyib, Yesenin özünü bir dəfə asmayıb. Tarix boyu bu gedir, indi də bu yol davam edir. Şair sözü çox çətin yeriyir, amma yenə də vallah bu dünyada söz qalacaq. O güllələrin hamısı, o kin-küdurətlər, ədavətlər gedəcək, amma söz, İsa Məsih demişkən, birincidir...xa0

““İndi yaşamağın özü də hünərdir, vallah...”x9d

Mənim ilk adım Müsavat olub, ata-anam mənə bu adı qoyublar. Amma təxminən 7-ci sinifdə adımı dəyişdirib Musa etdilər.xa0

- Niyə? Adınız sizə problemlər yaradırdı?

- Yox, məktəbdə özləri dəyişmişdi. Qəbul imtahanında bildim ki, adımı Musa yazıblar. Dedilər ki, Müsavat adındansa Musa yaxşıdır.xa0

- Bəs bunun səbəbini soruşmadız?

- Soruşdum, amma dedilər ki, lazım deyil.xa0

- “Vətənin vətəndə bilək qədrini”x9d deyib hayqırmışdız. Hazırda bilinirmi vətənin qədri?

- “Çiçəyi saralıb, yarpağı solsa, Quru torpağından alaq ətrini. Qürbətdə vətən üçün yanar kim olsa, Vətənin vətəndə bilək qədrini”x9d. Bunu mən daha demişəm, bundan artığını nə deyim. Mən təsəvvür edə bilmirəm ki, insan vətəndən necə gedə bilər? Mənim yoxdur ideyam ki, gedim başqa yerdə yaşayım. Düzdür, mənim bir qızım iki nəvəmlə xaricdə yaşayır. Məcbur idilər. Məndə də o güc yox idi ki, onları saxlayım, getdilər. Amma mən ümumiyyətlə, torpağımdan, o dağlardan, daşlardan, yerimdən ayrılıb gedə bilmərəm. Nə bilim, hərənin öz xasiyyəti var.xa0

- Bəs ürəyinizdə yeri qalan kimdir?

- Ürəyimdə çoxunun yeri var. Yer-bel eləyib onları qoymuşam (gülür), dəbərtmək olmaz onları. “Ürəyimdə yerin qaldı”x9d, yəni bilirsiz o yer nədir, deyir ki, “Əzizim taxtı yarı, Ömrümün taxtı yarı, Üzündə göz izi var Sənə kim baxdı yarım?”x9d Yəni, necə ki, üzündə göz izi var, ürəyinin də müəyyən hissəsində yeri var. Onu baxan kimi bilinmir, sirrdir, hər şeyi açıqlamaq mümkün deyil.xa0

- Şairlərin əksəriyyəti söz açanda deyirlər ki, ilk sevgi oxları daşa dəydikdən sonra şeir yazmağa, şairliyə başlayıblar. Sizdə necə oldu?

- İndi sevgidən çox danışmaq istəmirəm. Amma bir şey deyim, ilk sevgi, o, ildırım kimi bir şeydir. Çalır səni, ağlın başından çıxır, ömrün boyu “şıramı”x9d qalır səndə. İlk dəfə, ilk dəfədir ki, sən onun gözlərini görmüsən, sənə şirin gəlib. Bu ömründə getməz. Bu ilk məhəbbətin izləridir. Amma bəzən təcrübəsizlikdən, qorxaqlıqdan deyirsən ki, birdən məhəbbətimi bildirərəm, amma əks söz alaram, adam partlayar, ölər. Amma ölmək-zad yoxdur, danışmaq olardı. Yəqin ki, ilk məhəbbətin şirinliyi də odur ki, hər şey ürəyində qalır. Onu atmaq çətindir.xa0

- Amma indi əksər gənc şairlərimizin şeirlərində dediyiniz o saf məhəbbət, sevgi yoxdur. Daha çox bayağı, vulqar sözlər var. Belə şeirləri görəndə hansı hisslər keçirirsiz?

- Bayağı sözlər bəlkə də ola bilər, amma... İndi böyük bir sevgi missiyası, məktublar aradan çıxıb. Ürəyinin dərin guşələrində oturub ona bəslədiyin sevgi hisslərini yazırsan. Onları yazanda ürəyin titrəyirdi. Bitirəndən sonra düşünürdün ki, bunu necə çatdırım? Özün aparıb verə bilməzdin, gərək kiminləsə ünsiyyət edəydin. Ünsiyyət edib aparıb verirdin. Hətta insanlar göyərçinləri öyrədirdi ki, məktubu aparıb çatdırsın. Ona görə insanlar göyərçinləri sevirdi. İndi onlar, o məktub, o incəliklər yoxdur, hər şey açıqdır. Vallah, onda ata-anamızın yanında deyə bilmirdik ki, mən filankəsi sevirəm, amma indikilər deyir. Bunu həmişə danışıram, biri telefonla deyir “nə deyirsən, sevmirsən, cəhənnəmə sevmə”x9d. Amma o vaxt qarşı tərəfdən cavab gözləyəndə ürəyin əsirdi, titrəyirdi. Bax bu titrəyişlər çıxdıqca, söz də, sevgi də bayağılaşdı. Bəlkə də texnikaya əyildi. Qloballaşma bizim bir çox adətlərimizi, hisslərimizi əlimizdən alıb. Amma indi o demək deyil ki, insan sevginin qədrini bilmir. Tələbdir də, belə gəlib çıxdı.xa0

- Bu il bir neçə görkəmli şair və yazıçımız dünyasını dəyişdi. Ən çox kimin itkisi sizi yandırdı, təsirləndirdi?

- Əksəriyyəti təsir etdi. Çünki onlarla dost, yaxın idik, gələrdilər kəndə (İsmayılın Buynuz kəndini nəzərdə tutur - X.G.). Məsələn, Məmməd Aslanla zəngləşərdik, gedib-gələrdik. Məmməd Arazın itkisi məni yandırdı, həm kəndə gedib-gəlirdi, həm də ruhən onunla çox yaxın idik. O, Şahbuzun Nursu kəndindəndir, mən isə İsmayıllının Buynuz kəndindən. Yəni xeyli aralıyıq, amma o hiss və duyğu qəribədir ki, çox yaxın idi. Niyə yaxındır, onu Allah bilir. Elə adamlar gedəndə elə bil ki, mənim yarım getdi... Zəlimxan da axır vaxtlar kəndə çox gedib-gəldi. Amma o xəstə idi. Bəzi anlaşılmazlıqlar var idi, aramızda. Amma şair idi, şairlər bir-birilərini qoruyub saxlamalıdırlar.xa0

- “Yaşamaq çətindir, vallah, çətindir... ”x9d deyən Musa Yaqubun bu gün çətinliyi nədəndir?

- O şeirdə də var elə, dünyanın adı boş, sözü boş, günah, qanqal, çaqqal adamlarla yaşamaq çətindir, vallah çətindir. Amma dövran, qədir, iş bilənlə yaşamaq asandır.xa0

- O qanqal dediyiniz adamlar indi daha çoxdurmu?

- Mən elə bilirəm ki, yaxşılar çoxdur. Əgər siz dediyiniz kimi olsa, dünyanın müvazinəti pozular.xa0

- Dövlətdən sizə qayğı göstərilirmi?

- Mən heç bir qayğı görmürəm. Qayğı deyəndə ki, təqaüd alıram - o da Milli Məclisdə işlədiyim üçün. Amma dövlətdən prezident təqaüdü almıram, heç gözüm də yoxdur. Bu dəqiqə tamah ayaq tutub yeriyir. Mənim Buynuzluda onsuz da evim var. Qayanın dibindədir, tale özü verib onu, bəsimdir. Bakıda isə oğlumun evi var, hamımız bu iki otaqda yaşayırıq. Bəsdir də, yaşayırıq. Yoxdur, olmayandan sonra... Payı adam istəməz, payı verərlər. İstəyənə artıq bu pay olmadı ki.xa0

- Bayaqdan diqqət edirəm, saçlarınızda ağ tük demək olar ki, yoxdur. Öz təbii saçlarınızdır, yoxsa?

- Onu mənim dostlarım da həmişə deyir ki, sən saçını rəngləyirsən? Deyirəm, vallah, yox. Hətta bəzən yoxlayırlar da. İndi bunu Allah verib. Hərdən rəhmətlik yoldaşım zarafatla deyərdi ki, “Musa, sənin saçından utanıram e, ağarmayıb, qap-qaradır”x9d. Yəqin ki, bu nəsillə olan bir şeydir. Qara yaxşıdır da (gülümsəyir).xa0

- Artıq 80 yaşınızı haqlamısız. Bu yaşınızda hansı yarımçıq qalmış arzularınız, ümidləriniz var?

- Arzu ömründə qurtaran şey deyil. Arzu edirəm ki, nəvəmə yaxşı bir toyunu edim, evlənsin. Sonra, Buynuz kəndində əbədi yaşaya bilim. Gündə yüz dəfə mənə zəng olunur, tədbirlərə dəvət edirlər, xatırlanıram, bu mənim üçün böyük şeydir. Buna görə mən xalqdan gileyli deyiləm. Nə yazıramsa onu bilirlər. “Mən varam”x9d sözünü demək çox ayıbdır. Vallah, mən özümə “mən şairəm”x9d sözünü deməyə utanıram. Amma üç mahnı oxuyan çıxıb deyir ki, mən sənətkaram. Bax bu cəhət sənəti gözdən salır. Xalq lovğa adamları sevmir. Yəni o ilk dəyərlər hələ ki qalır".(musavat.com)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO