Azərbaycan teatrı Belarusda beynəlxalq festivalda çıxış edəcək

Hazırda oxunan: Azərbaycan teatrı Belarusda beynəlxalq festivalda çıxış edəcək

77621

23-27 iyun tarixlərində Belarus Respublikasının Mogilyov vilayətinin Bobruysk şəhərində “Dostluq çələngi” Beynəlxalq Teatr Festivalı keçiriləcək.

Bizim.Media xəbər verir ki, dünyanın müxtəlif ölkələrinin nüfuzlu teatrlarının qatıldığı bu festivalda ölkəmizi Azərbaycan Dövlət Akademik Musiqili Teatrı dünya şöhrətli yazıçı Fyodor Dostoyevskinin “Utancaq qız” fantastik povesti əsasında hazırlanan eyniadlı monotamaşa ilə təmsil edəcək.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən səfərdə teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, Əməkdar artist, “Zirvə” mükafatı laureatı Şövqi Hüseynov və teatrın səs rejissoru Məhəmməd Məmmədov iştirak edəcəklər.

Qeyd edək ki, festivalda quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, ideya müəllifi Əməkdar incəsənət xadimi Əliqismət Lalayev olan “Utancaq qız” monotamaşası təqdim ediləcək, əsərin yeganə qəhrəmanı Şövqi Hüseynov səhnəyə çıxacaq.
Tamaşa iyunun 25-də festival iştirakçılarına təqdim olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO