“Kuklalar” filminin rejissoru vəfat etdi - FOTO

“Kuklalar” filminin rejissoru vəfat etdi - FOTO

Hazırda oxunan: “Kuklalar” filminin rejissoru vəfat etdi - FOTO
25768
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kinorejissor, dramaturq Çingiz Rəsulzadə vəfat edib. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “ButaFilm”in icraçı direktoru Vidadi Rüstəmov yayıb. 

Xatırladaq ki, Çingiz Rəsulzadə Bakıda anadan olub. Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1992), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qrafik-rəssam ixtisasında, Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq ixtisasında (A.Eşpay, S.Miroşniçenko və V.Fençenkonun kursu) təhsil alıb. 

Rusiya istehsalı olan “Həyat haqqında mimlər” (2002) qısametrajlı bədii filminin və “Jestlər.. Barışıq” (2005) sənədli filminin rejissoru və ssenari müəllifi, “İkinci” qısametrajlı bədii filminin ssenari müəllifi, o cümlədən "Kuklalar" (2009) filminin quruluşçu rejissorudur. 

Allah rəhmət eləsin. 

Bizim.Media

“Kuklalar” filminin rejissoru vəfat etdi - FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO