Şuşa ilə bağlı sənədli filmin təqdimatı keçirildi - FOTO

Hazırda oxunan: Şuşa ilə bağlı sənədli filmin təqdimatı keçirildi - FOTO

139068

Şuşada Elm və Təhsil Nazirliyinin və İctimai TV-nin birgə hazırladığı “Şuşa maarifi” adlı sənədli filmin təqdimatı keçirilib.

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, təqdimat mərasimində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və digər qonaqlar iştirak ediblər.

Mərasimdə çıxış edən filmin ssenari müəlliflərindən biri, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Ali Baş Komandanın rəhbərliyi altında müzəffər ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı qələbə sayəsində bu gün məhz Şuşada film təqdimatının gerçəkləşməsindən məmnunluğunu ifadə edib.
Filmin çəkiliş prosesi ilə bağlı təəssüratlarını bölüşən, Azərbaycanın dünyəvi təhsil tarixinin məhz Şuşadan başladığını bir daha vurğulayan Cəsarət Valehov Şuşanın yetişdirdiyi görkəmli şəxsləri təhsilimizin öndərləri olaraq qiymətləndirib.

Bildirilib ki, 49 dəqiqəlik film Şuşanın maarif tarixindən bəhs edir. Filmin ssenari müəlliflərindən digəri Ramil Ələkbərov, rejissoru isə Elçin Qasımovdur.

Azərbaycanın ilk dünyəvi məktəbi – Şuşada açılan qəza məktəbindən başlanan tarixdən söz açılan filmdə bu qədim şəhərin xalqımız üçün tarixi və mədəni əhəmiyyəti, həmçinin maarifçilik sahəsində önəmli rolu xüsusilə qeyd olunur.

Filmdə Şuşanın Azərbaycanın təhsil və elm sahəsinə tanınmış alimlər, görkəmli ziyalılar bəxş etdiyi diqqətə çatdırılır, eləcə də maarif tarixini yaradan şəxsiyyətlər barədə danışılır.

Sonra isə film nümayiş etdirilib. “Şuşa maarifi” filmi izləyicilər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, sözügedən film “Şuşa İli” çərçivəsində hazırlanıb.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO