“Facebook”x9d tərcümə sistemini təkmilləşdirdi

“Facebook”x9d tərcümə sistemini təkmilləşdirdi

Hazırda oxunan: “Facebook”x9d tərcümə sistemini təkmilləşdirdi

187329
“Facebook”x9d sosial şəbəkəsi süni intellektin köməyilə tərcümə sistemini təkmilləşdirib.

Moderator.az lent.az-a istinadən xəbər verir ki, sistemə süni intellekt elementlərinin daxil edilməsi avtomatik tərcümənin keyfiyyətini yüksəldib.

Gün ərzində “Facebook”x9dun avtomatik tərcümə xidməti təxminən 4,5 milyard çevirmə edir. Artıq sistem ayrı-ayrı sözləri və söz birləşmələrini deyil, bütöv cümlələri çevirə bilir. Şirkətdən bildiriblər ki, köhnə və yeni sistemdəki tərcümənin keyfiyyəti arasında ciddi fərq var. Belə ki, avtomatik tərcüməni qiymətləndirmək üçün istifadə olunan BLUE (bilingual evaluation understudy) göstəricisi yenilənmədən sonra bütün dillər üçün orta hesabla 11% artıb.

Qeyd edək ki, “Google Translate”x9d xidməti də ötən ilin noyabrından etibarən ayrı-ayrı sözləri deyil, bütöv cümlələri tərcümə edən neyroşəbəkələrdən istifadə etməyə başlayıb. Bu isə tərcümənin keyfiyyətini xeyli yüksəldib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO