Ölümsüzlük layihəsi - Avatar 2045 - FOTOLAR

Ölümsüzlük layihəsi - Avatar 2045 - FOTOLAR

Hazırda oxunan: Ölümsüzlük layihəsi - Avatar 2045 - FOTOLAR

177864
xa0
2045 təşkilatı qazanc məqsədi güdməyən və insan həyatını uzatmaq mövzusunda tədqiqatlar aparan bir təşkilatdır. 2045 təşkilatı 2011-ci ildə, sinir ara üzləri, robotlar, süni orqanlar və sistemləri araşdırmaq üçün rus elm adamları ilə birlikdə rus milyarder Dmitri Itskovun maliyyə dəstəyi ilə yaradılıb. Hazırda isə dünyanın ən aparıcı fizik, bioloq və kompüter mütəxəssislərini özündə birləşdirir.

Təşkilatın məqsədi insan şəxsiyyətini bioloji olmayan daşıyıcılara köçürmək, ömrü uzatmaq və ölümsüzlüyü tapmaqdır. Elm dünyasının digər hissəsi və Vatikan kimi bəzi teokratik dairələr layihəni dəhşətlə qarşılayır. xa0Bundan başqa, layihənin maliyyəçisi Dmitri Itskov və digər rus elm adamları Rus Pravoslav kilsəsindən qovulublar. Birləşmiş Terapatik Təşkilatının qurucusu Martin A.Rothblatt isə layihə haqqında bunları deyib: "1960-cı illərdə qaraciyər və böyrək nəqli edildiyini görəndə duyduğum dəhşət ilə bu layihənin başladığını görəndə duyduğum dəhşət eynidir".
xa02045 təşkilatınıa aid Rusiyanın Sibir bölgəsində 4 ayrı obyektdə işlər sürətlə davam etdirilir. xa0Bu müəssisələrdən ikisi yeraltı kompleksidir, orada son dərəcə sıx təhlükəsizlik və məxfilik proseduru həyata keçirilir.xa0

plan-kiborg.thumb.jpg.e6cc5a646b2229a6e9


Təşkilat internet üzərindən verdiyi bəyanatlarda da dəqiq məlumat vermir və digər elm adamlarının suallarını cavabsız qoyur. Bu səbəbdən işlərin hansı mərhələdə olduğu məlum deyil. Lakin təşkilat yarandığı gündən bəri "A, B, C, D" olaraq təsnif edilən 4 mərhələli bir proqram həyata keçirilir və bu proqram 2045-ci ilə qədər başa çatdırılacaq. Layihə müvəffəqiyyətli olarsa, bu avatar versiyalarının təşkilat tərəfindən satışa təqdim edilməsi düşünülür. Təşkilat ən ucuz avatar olan Avatar A-nın qiymətini saytında 3.000.000 $ olaraq elan etmişdi. Həmçinin, müştərilərə avatar seçimi və bir anket tətbiqi nəticəsində form dolduraraq avatar sifarişi vermə imkanı təqdim olunur.

I mərhələ AVATAR A

asdasdasda


İnsanın ağlından keçən bütün məlumatların uzaqdan göndərilib, sağlam bir şəkildə təkrar beyinə yerləşdirilməsini təmin edəcək uzaqdan idarəli süni bədən. Təşkilatın ilk hədəfi olan Avatar A-nın 2020-ci ilə qədər tamamlanması gözlənilir.xa0
2015-ci ildə təşkilatın labaratoriyasında pul qarşılığında təcrübəyə razılıq vermiş 24 yaşlı Sergey Krumov imzaladığı müqaviləyə sadiq qalmayaraq, mətbuata bəzi məlumatlar vermişdi: “Pula çox ehtiyacım olduğu üçün qan verməyi düşünürdüm. Sonra internetdə təşkilatın elanlarını gördüm və macəram bu şəkildə başladı. Ora filmlərdə belə görmədiyiniz qədər maraqlı və qeyri-adi bir yerdir. Mənim kimi 7-8 könüllü daha vardı. İlk gün heç bir şey etmədilər, sadəcə nahar etməməyimizi istədilər. Ertəsi günsə bədənimizə bəzi dərmanlar yeritdilər, şüurumuz bulanıq oldu. Bizi növbə ilə mister cihazına bənzəyən bir cihaza saldılar, mən 3-cü sırada idim. Cihaza girəndə zərif bir qadın məndən uşaqlığımı və ölmüş qohumlarımı düşünməyi istədi. Bir müddət sonra başqa bir iynə vuraraq məni yatırtdılar, oyananda başım çatlayırdı ağrıdan. Hücrə kimi bir yerdə idim və bir həkim gəlib əlimə fotolar verdi, illər əvvəl ölən babam və nənəmi xəyal etdim o fotolarda. Bu məni çox təəccübləndirdi. Dmitri Itskovu da bir neçə dəfə gördüm ki, şüşəli bir otağın arxasından təqribən bütün təcrübələri izləyir”x9d.xa0
Bu müsahibələrdən sonra Sergey Krumov təşkilat tərəfindən məhkəməyə verilib və bir daha mətbuat qarşısına çıxmayıb.

II mərhələ AVATAR B

asdadadsasdad


Ölən bir insan beyninin orqan nəqlinə bənzər bir şəkildə nəql ediləcəyi süni orqanizm.Təşkilata görə, Avatar B nəql ediləcək beyini özündə daşıyacaq, beyni canlı tutacaq və ətraf ilə qarşılıqlı təsirdə olacaq. Avatar B-nin 2025-ci ilə qədər tamamlanması gözlənilir.
Bu məsələ ilə əlaqədar 2016-ci ilin mart ayında dünya şöhrətli bioloq Edvard Uilson ilə ünsiyyətə keçərək fikir mübadiləsi aparılıb. Məsələ ilə bağlı açıqlama verən Edvard Uilson təşkilatın etdiklərini heyrət içərisində dinlədiyini deyib. Bildirib ki, təşkilat işlərini dəqiq şəkildə ictimaiyyəti ilə bölüşəndə, bu gün inanıb güvəndiyimiz elmdən əsər-əlamət belə qalmayacaq. Bu açıqlamaların ardından elm dairələri bir anda hərəkətə keçərək bioloqa və təşkilata qarşı sanki od püskürərək, saysız-hesabsız tənqidi məqalələr yazıblar.xa0

III mərhələ AVATAR C

asdasda


Ölən bir insan beyninin, şəxsiyyətinin, zehninin və şüurunun köçürüldüyü süni bədən. Təşkilat bu mərhələ üçün indidən ölümlərindən sonra beyinlərini satacaq adamlar axtarır. Təşkilatçılığa görə ilk uğurlu zehin təminatı 2035-ci ildə reallaşacaq. Və orta hesabla 100 adam üzərində tətbiq ediləcək.
Məsələ ilə bağlı problem isə Rusiyadakı tibb qaydalarının belə bir əməliyyata icazə verməməsidir. Lakin yerli mənbələrə görə, Rusiya kimi bir ölkədə Dmitri Itskovun bu bürokratik problemləri pul ilə asanlıqla aşacağı ehtimal olunur.xa0

IV mərhələ AVATAR D

asdsadasdad


Hologram (üç ölçülü görüntü yarada bilmək üçün lazımi məlumatları özündə daşıyan şəkil) formasında süni bədən. Bu, 2045 layihəsinin son məqsədidir. Elm adamlarına görə, hologram avatara sahib insanlar əsla xəstəliyə tutulmayacaqlar. Avatar D-nin günümüzdəki texnologiya ilə yaradılması mümkün deyil.xa0



Təşkilatın Sədri Dmitri Itskov 2016-ci ilin əvvəllərində verdiyi bir müsahibədə 2018-ci ilə qədər təşkilatın reallaşdıracağı hədəfləri bu şəkildə sadalamışdı:xa0
- Beynəlxalq bir ictimai hərəkat yaradılması və bəşəriyyətin virtual bədənlərə köçürülməsi.
- Immortal.Me adında bir ictimai network yaradılması.
- Yardım toplayacaq bir təşkilat açılması.
- Biznes inkişaf etdirmək departamentinin gücləndirilməsi.
- Təşkilata bağlı bir universiteti yaradılması.
- Ölümsüzlük layihəsinə töhfə verənlər üçün illik bir mükafat.
- Virtal bir oyun keçirilib internet üzərindən oynanılması ki, bu oyun 2045-in bir simvolu olacaq və avatarınızı indidən quracaqsınız.
- xa0Zehinlə nəzarət edilən oyuncaqlar.
- Gündəlik işlərə kömək edəcək robot assistentlər.
- Heyvanların beynindəki siqnalları insanlara "tərcümə" edəcək cihazlar.
- xa0Zehinlə nəzarət edilən yeni kompüter oyunu.xa0
- Hər kəsin satın ala bilcəcəyi zehinlə işlədilən protezlər.
- Yeni şəxsiyyət tanıma sistemləri.

Bu bəyanatlar çoxlarına gülməli gəlsə də təşkilat Moskvanın cənubunda 140 hektar ərazi satın alaraq universitetinin tikintisinə başlayıb. Yeni şəxsiyyət tanıma sistemləri və kimlik sistemləri layihəsi üçün isə Qazaxıstan dövləti ilə 5 illik müqavilə imzalanıb. İlk zehin nəzarətli oyuncaq maşın prototipinin 2017-ci ilin ortalarında istehsala başlanılacağı açıqlanıb. Bundan başqa, təşkilat dünyada ilk insan dondurma şirkəti olan Crayoincsin səhmlərini satın almaq üçün cəhdlərini davam etdirir.


Hazırladı: Zəhra



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO