İnsanın şəxsiyyətini yüz faiz dəqiqləşdirmək mümkün olacaq  - ŞOK

İnsanın şəxsiyyətini yüz faiz dəqiqləşdirmək mümkün olacaq - ŞOK

Hazırda oxunan: İnsanın şəxsiyyətini yüz faiz dəqiqləşdirmək mümkün olacaq - ŞOK

133174
Neyrofizioloqlar müxtəlif şəkillərin, videoçarxların izlənilməsi zamanı beyində əmələ gələn dalğalara görə insanın şəxsiyyətini dəqiq müəyyən etməyə nail olublar.xa0

Alimlər bildiriblər ki, bu gün barmaq izi və göz qişasının təsvirini saxtalaşdıran texnologiyalar mövcuddur.

Tədqiqatçılar bu problemin həllini beyinin müxtəlif qıcıqlandırıcılara qarşı verdiyi reaksiyalar nəticəsində əmələ gələn dalğalarda görüblər. Qeyd edək ki, əvvəlcə şəxsiyyətin təyin edilməsinin dəqiqliyi 97% təşkil etsə də, bu göstərici yüksək əhəmiyyətli obyektlərin təhlükəsizliyinin təmin edilməsi baxımından yetərli olmayıb.

Moderator.az xəbər verir ki, son yarım il ərzində Böyük Briyaniyanın Binqhempton Universitetinin alimi Sara Lazlonun 50 könüllü insan üzərində apardığı eksperimentlər nəticəsində sözügedən texnologiya təkmilləşdirilərək şəxsiyyətin təyin edilməsinin dəqiqliyi 100-ə çatdırılıb.

Bu elmi yenilik barəsində dünyanın bir çox məşhur elmi portallarında, həmçinin AMEA-nın rəsmi saytında məlumat verilib.

Elmin Nuri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO